Page 130 - Stiven Kinq
P. 130
ven Kinq

“Medikal sentr”in nömrәsini yığdı. Görünür, eyni şeylәri
tәkrarlamaqdan bezmiş telefonçu qız xәbәr verdi ki, Conni Smit
dünәn gecәyarısı xәstәxanadan evә buraxılıb.

Sara dәstәyi yerinә qoyub stula әylәşdi. Denni manejdә
ağlamağındaydı. Krandan su axıb gedirdi. Bir qәdәr sonra Sara
mәtbәxә keçib kranı bağladı.

“Axirәtdәn baxış” jurnalının reportyoru oktyabrın 16-da,
Conni poçtu götürmәyә yollanandan bir az sonra gәldi.

Conninin ata evi yoldan kәnarda yerlәşirdi; Milin dörddә
biri uzunluğunda olan, çınqıl tökülmüş dar yol divar kimi bitmiş
şam vә küknar ağaclarının yanından keçirdi. Conni hәr gün bu
yolla gedib-gәlirdi. Əvvәl-әvvәl o, geriyә dönәrkәn yorğunluqdan
sәndirlәyir, axsayır vә ayaq üstә güclә dayanırdı. İndi isә evә
qayıtmasından ay yarım sonra (әvvәlcә o, yarım mili bir saata
gedә bilirdi), bu gündәlik gәzintilәr ona lәzzәt verirdi vә o,
gәzintiyә çıxmaq vaxtını sәbirsizliklә gözlәyirdi. Amma mәhz
gәzinti vaxtını, poçtu deyil.

Conni qış üçün ağac tәdarükü görmәyә başladı. Herbert
bunun üçün muzdlu fәhlә tutmağa hazırlaşırdı, çünki özü
Libertivilldә evlәrin tәmiri ilә mәşğul olacaqdı.

– Qocalıq üz verәndә, Conni, bunu hәr kәs hiss edir, – o, bir
dәfә gülә-gülә demişdi, – payız gәlincә isә açıq havada işlәmәyә
heyin qalmır.

Conni eyvana qalxıb, rahatlıqla nәfәsini dәrdi vә hörmә
kresloya oturdu. O, ayağının birini eyvanın mәhәccәrinin üstünә
qoydu, sonra ağrıdan üz-gözünü turşudaraq, iki әliylә digәr
ayağından tutub hәmin ayağının üstünә aşırdı. Daha sonra poçtu
nәzәrdәn keçirmәyә başladı.

Son vaxtlar gәlәn mәktubların sayı azalırdı. Paunalda olduğu
ilk hәftә әrzindә onun ünvanına gündә iyirmiyә yaxın mәktub vә
sәkkiz-on banderol gәlirdi. Bunlar әsasәn, “Medikal sentr”ә
gәlmiş vә tәzәdәn ona göndәrilmiş mәktublar idi, amma onlardan
bәzilәri mәhz Paunala ünvanlanmışdı. Mәktubların üzәrindә
“Paunell” vә ya “Pounal” yazırdılar, bir mәktubun üzәrindә isә
hәtta “Punats” – “Tәlәb mәktubu” yazılmışdı.

Əksәr mәktubların müәlliflәri tәnha, öz hәyatlarını nәylәsә
mәnalandırmaq arzusunda olan adamlar idi. Avtoqraf istәyәn

130
   125   126   127   128   129   130   131   132   133   134   135