Page 128 - Stiven Kinq
P. 128
ven Kinq
Tutaq ki, yoxdur, bәs Uolt onun üzüyü tualetә atdığına necә
münasibәt bәslәyәcәk? Sara onu bu işә sövq edәn qәfil qorxunun
tәbiәtini izah edә bilmirdi. Bu qorxu indi qәzet sәhifәsindәki
sifәtlәrdә dә, elә Conninin özünün üzündә dә vardı. Yox, Uolt
belә şeylәri başa düşmәz. Necә olsa da, üzüyü unitaza atıb suyu
buraxmaqda nәsә xoşagәlmәz simvolik bir şey var.
– Yaxşı, o, yalançı deyil, – Uolt dillәndi. – Amma mәn,
sadәcә olaraq, inanmıram ki...
Sara sakit sәslә dedi:
– Onun arxasında dayanmış adamlara bax, Uolt. Onların
sifәtinә bax. Onlar inanırlar.
Uolt gözünün ucuyla şәklә baxdı.
– Əlbәttә, necә ki uşaqlar sәhnәdәki fokusçuya inanırlar.
– Yәni sәn düşünürsәn ki, Düsso yalançı şahiddir? Burada
deyilir ki, onlar әvvәllәr heç vaxt görüşmәyiblәr.
– Fokus da elә bu cür olur, Sara, – Uolt sәbirlә dedi, – heç
bir illüzionist dovşanı qәfәsdәn çıxarmaz – yalnız şlyapadan.
Conni Smit ya nәsә bilirmiş, ya da Düssonun davranışına baxıb
nәlәrisә dәqiq tәxmin edә bilib.
Bu dәqiqәlәrdә Sara әrә getdiyi bu sadәlövh adama nifrәt
elәyir, ondan zәhlәsi gedirdi. Sözün açığı, onda elә bir әlahiddә
cәhәt nәzәrә çarpmırdı, vicdanlı, tәmkinli, yumor hissi olan
xeyirxah bir adam idi – sadәcә olaraq, o, insanların hamısının
uduşa can atdığını vә bu zaman kiçik hiylәlәrdәn istifadә etdiyini
düşünürdü. Bu gün sәhәr-sәhәr o, Harrison Fişeri kif basmış
göbәlәk adlandırdı, dünәn axşam isә Fişerin Qreq Stilson –
hansısa әyalәt şәhәrinin qәribә meri haqqında söhbәtlәrindәn
uğunub-gedirdi. Fişerin sözlәrinә görә, gәlәn il keçirilәcәk
seçkilәrdә öz namizәdliyini Nümayәndәlәr Palatasına irәli sürmәk
fikrinә düşmüş mer ağlını itirmiş olmalıydı.
Yox, Uolt Hezlitin alәmindә nә ekstrasenslәrә, nә dә
qәhrәmanlara yer vardı, onun üçün yalnız bir doktrina mövcud
idi: biz sistemi içәridәn dәyişmәliyik. Hә, o, vicdanlı vә tәmkinli
adam idi, Saranı da, Dennini dә sevirdi, amma Sara nәdәnsә bir-
dәn-birә Connini arzulamağa başladı, itirilmiş beş ilә görә heyif-
silәndi.
– Sәn artıq getsәn yaxşıdır, әzizim, – o, sakit sәslә dedi, –
yoxsa onlar sәnin Timmonsunu mәhv edәrlәr.
128