Page 125 - Stiven Kinq
P. 125
Ölü zona
Bu oğlanla bir daha rastlaşıb-rastlaşmayacağı barәdә Qreq
öz-özüylә mәrc gәldi vә mәrci uddu. Bir neçә gündәn sonra Corc
Harvi, Qreqin tәraş olunduğu dәllәkxanaya gәldi vә onun bacısı
oğlunun “başına ağıl qoyduğu üçün” Qreqә tәşәkkür etdi.
– Siz onların dilini bilirsiniz, Qreq, – o dedi, – bilmirәm...
onlar nәsә sizә hörmәt bәslәyirlәr.
– Bu barәdә danışmağa dәymәz, – Qreq cavab verdi.
Qreq Stilson üzәrindә әdәbsiz sözlәr yazılmış köynәyi Nyu-
Hempşirdә yandırarkәn, Uolt vә Sara Hezlitlәr Men ştatının
Banqor şәhәrindә sәhәr yemәyinә oturmuşdular. Uolt qәzet oxu-
yurdu. O, kofe fincanını taqqıltıyla stolun üstünә qoyub dedi:
– Sara, köhnә dostunun şәkli qәzetlәrә düşüb.
Sara Dennini yedirirdi. Əynindә xalat vardı, saçlarını dara-
mamışdı, gözlәri yarıyumulu idi. Dünәnki axşam ziyafәtindәn
sonra hәlә dә özünә gәlmәmişdi. Onların fәxri qonağı çoxdandır
ki, Nyu-Hempşirin üçüncü dairәsindәn olan konqresmen, gәlәn
il növbәti dәfә seçilmәyә namizәd Harrison Fişer idi. Ziyafәt
onunla Uolt üçün siyasi әhәmiyyәt daşıyırdı. Siyasi. Uolt bu
sözü son vaxtlar tez-tez tәkrarlayırdı. Dünәn o, Saradan dәfәlәrlә
çox içmәsinә baxmayaraq, bu gün sәhәrdәn geyinib-kecinmişdi
vә tәzә-tәr görünürdü. Sara isә elә bil çirkab suyu içib. Hanı
әdalәt?
– Pxı, – ağzındakı meyvә püresini tüpürәn Denninin sәsi
eşidildi.
– Belә elәmәk olmaz, – Sara dedi vә üzünü Uolta tutdu: –
Sәn Conni Smit haqqında danışırsan?
– Başqa kimdәn danışacağam?
– Ona bir şey olmayıb?
– Belә görünür ki, sağ-salamatdır vә hәtta çiçәklәnir, – Uolt
quru sәslә dedi.
Qәzetdәki başlıq Saranı lap tәәccüblәndirdi: “Komadan
ayılmış xәstә hay-küylü mәtbuat konfransında öz paranormal
qabiliyyәtini nümayiş etdirir”. Reportajın müәllifi Devid Brayt
adlı birisi idi. Qәzet sәhifәsindәki şәkildә Conni arıq-quru,
yazıqlaşmış vә karıxmış görünürdü; o, Lyüiston qәzetinin yerә
sәrilәn reportyoru Rocer Düssonun başının üstündә dayanmışdı.
Şәklin altındakı yazıda deyilirdi: “Açıqlamalardan sonra reportyor
huşunu itirir”.
125