Page 127 - Stiven Kinq
P. 127
Ölü zona
– Sәn nә barәdә danışırsan?! Uydurma-filan nәdir?!
– Əlbәttә, – onun hiddәtinә әhәmiyyәt vermәyәn Uolt dedi, –
o, hәmin qәza vә özünün komaya düşmәsi haqqında kitab yazıb,
yeddi, bәlkә dә, on min dollar qazana bilәrdi. Komadan baxıcı
kimi ayılmısansa, pulu artıq kürәklә toplaya bilәrsәn.
– Sәn bunu ciddi deyirsәn? – qeyzdәn Saranın sәsi titrәdi.
Conni әvvәlcә tәәccüblәndi, sonra üzündәki ifadә yumşaldı.
Onun anlayış dolu baxışları Saranı daha da hirslәndirdi. Əgәr o,
hәr dәfә Uolt Hezlit onun vәziyyәtini anladığını düşünәrkәn
kәnara beş sent qoysaydı, bu pula komfortlu tәyyarәdә Yamaykaya
uça bilәrdilәr.
– Bu söhbәti saldığım üçün bağışla, – Uolt dedi. – Bilmәk
istәyirsәnsә, Roma papası nә qәdәr yalançıdırsa, Conni dә o
qәdәr yalançıdır.
Uolt qәhqәhә çәkib güldü vә Sara az qaldı hirsindәn әlindәki
fincanı onun başına çırpsın. Ancaq özünü saxladı, әllәrini stolun
altında bir-birinә sıxdı. Denni dә atasına baxıb gülmәyә başlamışdı.
– Əzizim, – Uolt dedi, – mәnim nә ona, nә dә onun hәrәkәtlәrinә
qarşı heç bir iradım yoxdur. Hәtta ona hörmәt bәslәyirәm. Əgәr
bu kiflәnmiş göbәlәk Fişer, on beş il әrzindә, Nümayәndәlәr
Palatasında iflasa uğramış hüquqşünasdan milyonerә çevrilә
bilibsә, onda istәnilәn adamın özünü görücü kimi qәlәmә verib,
kefi istәyәn qәdәr pul qazanmaq haqqı var...
– Conni yalançı deyil... – Sara yeknәsәq sәslә deyirdi.
– Axı bu, saçlarını göy rәngә boyayan, hәftәlik bulvar
qәzetlәri oxuyan vә “Dünya kitabsevәrlәr klubu”nun üzvlәri
üçün nәzәrdә tutulan hiylәdir, – Uolt gümrah sәslә dedi, amma
boynuma almalıyam ki, Timmons üzәrindә qurulan mәhkәmә
üçün andlıların seçimindә görücülük heç dә mane olmazdı.
– Conni Smit yalançı deyil, – Sara tәkrar etdi vә yenidәn
Conninin sәsi qulağına gәldi: o, sәnin barmağından çıxıb. Sәn
Uoltun üzqırxan әşyalarını yığışdırarkәn üzük, sadәcә olaraq,
barmağından sürüşüb düşüb. Yuxarı qalx, Sara, sәn onu orada
tapacaqsan.
Amma Sara bu haqda öz әrinә danışa bilmәzdi. O, Saranın
Connini görmәyә getdiyini bilmirdi. “Connini ziyarәt etmәyimdә
pis heç nә yoxdur”, – o, özünü inandırmağa çalışırdı.
127