Page 121 - Stiven Kinq
P. 121
Ölü zona

“Mәnimlә hәlә heç kәs bu cür davranmayıb”, – Qreq
fikirlәşdi vә o dәqiqә dә başağrısı güclәndi. Yox, o, özünü әlә
almalı idi.

– Bura ver! – Oğlan qışqırdı. Qreq uzanılı әlinin iki bar-
mağıyla köynәyin yaxalığından tutmuşdu vә atmaq üçün onun
yaxşıca alışmasını gözlәyirdi. – Onu mәnә ver, zibil! O, mәnimkidir!
O...

Qreq әlini oğlanın çılpaq sinәsinә qoydu vә onu var gücüylә
itәlәdi – onun gücü isә kifayәt qәdәr idi. Oğlan otağın o biri
başına uçdu, indi onun nifrәtini qorxu әvәzlәmişdi – Qreqә dә
elә bu lazım idi.

Qreq az qala yanıb kül olmuş köynәyi kafelli döşәmәyә
tulladı vә şüşәdә qalmış pepsini onun üstünә tökdü. Köynәk
iyrәnc, fısıltılı sәs çıxardı.

Oğlan yavaş-yavaş ayağa qalxıb kürәyini divara söykәdi.
Qreq onun baxışlarını tutdu. Oğlanın qonur gözlәri bәrәlmişdi.

– Biz qәrar vermәliyik, – Qreq dillәndi; öz sәsi özünә yad
gәlirdi, beynindәki uğultu, sanki, onun sәsini boğurdu, – biz indi
kiçik bir seminar keçirib, kimin zibil olduğunu müәyyәnlәşdir-
mәliyik. Mәni başa düşürsәn? Biz konkret mәsәlәni tәhlil edib,
bәzi qәnaәtlәrә gәlmәliyik. Sizin kollecdә olduğu kimi. Axı siz
orada mәsәlәlәri tәhlil edib nәticә çıxarmağı xoşlayırsınız.

Oğlan qırıq-qırıq nәfәs alırdı. O danışmağa hazırlaşırmış
kimi dodaqlarını yaladı vә birdәn haray çәkdi:

– Kömәk elәyin!
– Hә, sәnә, doğrudan da, kömәk lazımdır, – Qreq dedi, – vә
mәn sәnә kömәk edәrәm.
– Siz dәlisiniz, – Corc Harvinin bacısı oğlu dedi vә yenidәn,
bu dәfә daha ucadan bağırdı: – Kömәyә gәlin!
– Ola bilәr, – Qreq dedi, – mümkündür ki, kimsә kömәyә
gәlsin. Amma biz hәlә kimin zibil olduğunu müәyyәnlәşdirmәliyik.
Başa düşürsәn mәni?
O, әlindә tutduğu pepsi şüşәsinә baxdı vә qәfildәn onu
qәzәblә polad seyfin küncünә çırpdı. Şüşә çiliklәndi vә oğlan
döşәmәdәki qırıntıları vә şüşәnin ona tәrәf yönәlmiş çıxıntılarını
görüncә var gücü ilә qışqırdı. Qıçlarının arası sürtülüb ağarmış

121
   116   117   118   119   120   121   122   123   124   125   126