Page 119 - Stiven Kinq
P. 119
Ölü zona

Onun sәsi kәsildi. Sağ gözü yumuldu. Heç nә görmәyәn
digәr gözü isә önünә zillәnmişdi.

Conni beş dәqiqә dә oturub ayağa qalxdı. O, qapının
dәstәyindәn tutub özünә sarı çәkmәk istәyirdi ki, anasının әmr
kimi sәslәnәn quru, titrәk sәsini eşitdi:

– Öz borcundan çıx, Conni.
– Yaxşı, ana.
Onunla bir daha danışa bilmәdi. O, avqustun iyirmisindә,
sәhәr saat doqquza beş dәqiqә işlәmiş dünyasını dәyişdi. Bu
zaman xәstәxananın şimalında yerlәşәn şәhәrdә Uolt vә Sara
Hezlitlәr Conniyә görә bir-biriylә mübahisә edirdilәr vә az qala
dalaşacaqdılar, haradasa, cәnub tәrәflәrdә isә Qreq Stilson bir
oğlana sübut etmәyә çalışırdı ki, o, zibilin yekәsidir.
– Sәn başa düşmürsәn, – Qreq Stilson böyük sәbir nümayiş
etdirәrәk, Ridjue polis mәntәqәsinin arxa otağında oturmuş oğlana
dedi. Oğlan köynәksiz idi; o, qatlama stulda oturub Pepsi-kola
içirdi. O, tәkәbbürlә Qreq Stilsona baxıb gülümsәyir vә başa
düşmürdü ki, Qreq heç nәyi iki dәfәdәn artıq tәkrarlamır; oğlana
bәlli idi ki, buradakılardan biri zibilin yekәsidir, amma bu adamın
mәhz kim olduğu haqqında tәsәvvürü hәlә dolğun deyildi vә
bunu dәqiqlәşdirmәyә ehtiyac vardı.
Lap güc hesabına olsa belә.
Günәşli avqust sәhәri idi. Ağaclarda quşlar sәs-sәsә vermişdi.
Vә Qreq hiss edirdi ki, taleyi onun tәxmin etdiyindәn dә tez hәll
oluna bilәr. Demәli, bu zibillә bir qәdәr ehtiyatlı olmaq lazımdır.
Bu, sәnә tәr iyi verәn hansısa vızbaş, әyriqıç motosikletçi deyil.
O, kollecdә oxuyur, parıldayan saçlarını sәliqәylә vurdurub, özü
dә Corc Harvinin bacısı oğludur. Corc öz bacısı oğlunun çox da
qeydinә qalan deyildi (qırx beşinci ildә o, Almaniyada döyüşәnlәrin
sırasında olmuşdu vә bu cür yaramazlar üçün ehtiyatda hәmişә
bir-iki tutarlı söz saxlayırdı), amma... hәr halda, qanı qanındandı.
Şәhәr şurasında Corcla hamı hesablaşırdı. Bacısı oğlunu Uiqqins
polis rәisinin hәbs etdiyindәn xәbәr tutan Corc Qreqә demişdi ki,
oğlanı yaxşıca sıxışdırmaq lazımdır. Amma bu sözlәri deyәrkәn
gözlәrindә “ancaq bir az ehtiyatlı ol, hәr halda, bacım oğludur”
ifadәsi vardı. Oğlan Qreqә gizlәtmәk istәmәdiyi ikrah hissiylә
baxırdı.

119
   114   115   116   117   118   119   120   121   122   123   124