Page 116 - Stiven Kinq
P. 116
ven Kinq

hәkim mәndәn hansısa “fәdakar cәhdlәr” barәsindә soruşurdu,
amma ona heç nә demәk istәmәdim. O da bir növ, günah işlәdib,
Conni. O, hesab edirdi ki, ulu Tanrının niyyәtlәrindәn xәbәrdardır.
Ona görә dә özünü heç vaxt tәqsirlәndirmә, – onun gözlәri
yenidәn yaşardı, sәsi sәrtlәşdi – Allah şahiddir ki, onu bütün
hәyatım boyu sevmişәm, amma son vaxtlar hәr şey mürәkkәb-
lәşmişdi. Bәlkә dә, elә bu cür olması yaxşıdır.

– Onu görmәk olar?
– Hә, koridorun sonunda, otuz beşinci palatadadır. Hәkimlәr,
elә onun özü dә sәnin gәlә bilәcәyindәn xәbәrdardırlar. Sәnә bir
şey dә deyim, Conni. O, nә desә, razılaş... qoyma hәr şeyin
bihudә olması fikriylә dünyadan köçsün.
– Əlbәttә, – Conni bir qәdәr susdu, – mәnimlә gedirsәn?
– İndi yox. Bir azdan.
Conni başını yellәyә-yellәyә çıxıb getdi. Xәstәxanada gecә
lampaları yandırılmışdı.
35 №-li palata. Qapıya vurulmuş lövhәcikdә burada yatanın
Vera Elen Smit olduğu bildirilirdi. O, anasının ikinci adının Elen
olduğunu bilirdimi? Bilmәliydi, amma bilirdimi? Bunu heç cür
xatırlaya bilmirdi. Ancaq indi yadına başqa şeylәr düşürdü;
mәsәlәn, günәşli günlәrin birindә, Ould Orçard çimәrliyindә şәn
әhvali-ruhiyyәdә olan anasının ona әl dәsmalına bükülmüş briket
dondurma gәtirdiyini. O, hәmçinin ata-anasıyla birlikdә kibrit
dәnәlәrindәn kart oynamağını xatırladı. Sonralar dini hisslәrә
qapılmış anası evdә nәinki kart, hәtta kribbic oynamağı belә
yasaq etmişdi. Conni, onu arı vurduğu günü dә xatırladı, onda o,
fәryad çәkәrәk anasının yanına qaçmışdı, o isә şişi öpmüş vә
arının neştәrini pinsetlә çıxararaq, yerinә çay sodasında isladılmış
әsgi qoymuşdu.
O, qapını itәlәyib içәri girdi. Anası yayxanaraq çarpayıya
uzanmışdı vә Conni fikirlәşdi ki, bax, mәn dә belә yatırmışam.
Tibb bacısı onun nәbzini yoxlayırdı, qapının cırıltısını eşidincә
arxaya çevrildi vә dәhlizin tutqun işığı onun gözlüyünә düşüb
bәrq vurdu.
– Siz missis Smitin oğlusunuz?
– Hә.
– Conni, – anasının sәsi soyuq vә quru idi, bu, ölümün ayaq
sәslәrini xatırladırdı, sanki boş balqabağın içindә daş diyirlәnir.

116
   111   112   113   114   115   116   117   118   119   120   121