Page 114 - Stiven Kinq
P. 114
ven Kinq

ki, yaxınlıqdakı adamlar ondan yapışıb bәrk-bәrk silkәlәmәyә
başladılar.

Connini, doğrudan da, silkәlәyirdilәr. Amma bu, Veyzakın
әliydi. Maşını parlaq çәhrayı işıq doldurmuşdu – bu işıq Semin
xeyirxah, mülayim sifәtini bәdheybәt bir şeyә çevirmişdi. “Mәn
hәlә dә yatıram”, – Conni fikirlәşdi vә elә bu an bunun avtomobil
dayanacağındakı maşının işığı olduğunun fәrqinә vardı. İndi
maşına soyuq ağ işığın әvәzinә, dәri üzlüklü oturacağı boyanmış
kimi göstәrәn süni çәhrayı işıq süzülürdü.

– Biz haradayıq? – o, xırıltılı sәslә soruşdu.
– Xәstәxananın yanındayıq, – Sem dedi, – Kamberlend te-
rapevt xәstәxanasının.
– Hә-ә. Yaxşı.
O, yuxudan ayılıb dikәldi.
– Hazırsınız?
– Hә, – Conni dedi.
Onlar dayanacağı cırcıramaların sәsinin müşayiәtiylә keçdilәr.
Qaranlıqda işıldaböcәklәr uçuşurdu. Conninin fikri anasının
yanındaydı, amma buna baxmayaraq, gecәnin yumşaq, xoş әtrini
vә yanaqlarında mehin yüngül tәmasını hiss etmәyә bilmәzdi. O,
tәmiz havadan hәzz alır vә özünü tamamilә sağlam hiss edirdi.
Conni buraya nә üçün gәldiyini xatırladı vә bu sevincli hisslәr
ona, az qala hörmәtsizlik kimi gәldi. Bu hissdәn isә heç cür yaxa
qurtara bilmirdi.
Dәhlizdә Herbert onların qarşısına çıxdı; o, köhnә şalvarda
vә pijamaya oxşayan gödәkcәdәydi, ayaqqabısını yalın ayağına
geymişdi. Conni başa düşdü ki, hadisә qәfildәn vә gözlәnilmәdәn
baş verib. Atasının görkәmi Conninin bilmәk istәdiyindәn dә
çox şey deyirdi.
– Oğlum, – Herbert onu görüb dedi. O, tamamilә düşmüşdü.
Daha nәsә demәk istәdi, amma sözünün ardını gәtirә bilmәdi.
Conni onu qucaqladı vә Herbert başını onun sinәsinә qoyub
hönkürdü.
– Atacan, – Conni dedi, – hәr şey yaxşıdır, ata, hәr şey yax-
şıdır.

114
   109   110   111   112   113   114   115   116   117   118   119