Page 118 - Stiven Kinq
P. 118
ven Kinq
– Ana, – o, tibb bacısının qayıdacağından qorxaraq tәlәsik
dedi.
– Sәn... – qadın yüngülcә başını ona doğru çevirdi, – bir
az... әyil, bax belә, sәni görә bilim, – o pıçıldadı.
Conni onun dediyini elәdi.
– Sәn gәldin, – qadın dedi, – sağ ol, çox sağ ol, – onun
sağlam gözündәn yaş axmağa başladı. Digәr, xәstәlikdәn әyilmiş
üzündәki gözü isә hәrәkәtsiz halda yuxarıya dikilmişdi.
– Əlbәttә ki, gәldim.
– Mәn sәni gördüm, – anası pıçıldadı, – Tanrı sәnә nә böyük
güc verib, Conni! Sәnә demişdim. Mәgәr belә olacağını sәnә
demәmişdim?
– Hә, demişdin.
– O, sәnin boynuna missiya qoyub, – qadın dedi, – ondan yan
qaçma, Conni. İliya kimi mağarada gizlәnmә, elә elәmә ki, Tanrı
böyük balıq göndәrsin vә bu balıq sәni udsun. Elә elәmә, Conni.
– Yaxşı, elәmәrәm, – o, anasının quş caynağına bәnzәyәn
әlindәn tutmuşdu. Başında bir uğultu vardı.
– Sәn dulusçu deyilsәn, dulusçunun istifadә etdiyi gilsәn,
Con. Yadında saxla.
– Yaxşı.
– Bunu yadında saxla! – anası sәrt sәslә tәkrarladı vә Conni
düşündü ki, o, yenә dә cәfәng şeylәr danışır. Amma anasının indi
danışdıqları, Conni komadan çıxarkәn danışdıqlarından heç dә
fәrqlәnmirdi.
– Sakit sәsi eşidincә, onu diqqәtlә dinlәyәrsәn, – qadın dedi.
– Yaxşı, ana, mütlәq dinlәyәrәm.
Qadın yüngülcә başını kәnara çevirdi vә deyәsәn, gülümsündü.
– Yәqin, fikirlәşirsәn ki, mәn dәli olmuşam, – o, başını bir
qәdәr dә çevirib düz onun gözünün içinә baxdı, – amma bu, elә
dә vacib deyil. Sәsi eşitcәk tanıyacaqsan. O, sәnә nә etmәli
olduğunu deyәcәk. O, bunları İeremiyaya da, Daniilә dә, Avraama
da, Amosa da deyib. Sәnin dә növbәn yetişәcәk. O, sәnә deyәcәk.
Vә o, sәnә deyincә, Con... öz borcundan çıx.
– Yaxşı, ana.
– Nә böyük gücdür, – anası astadan dedi. Get-gedә onun
sәsi daha boğuq vә anlaşılmaz olurdu. – Tanrı sәnә nә böyük güc
verib... mәn bilirdim... hәmişә bilirdim.
118