Page 133 - Stiven Kinq
P. 133
Ölü zona

Hansısa dağ çayı... qızılbalıq ovu... günah özündәdir, bu
qәdәr içmәk lazım deyildi.

O, yıxılmış mamırlı ağacın gövdәsinә söykәdilmiş heybәsini
gördü. Heybә yaşıllıqların arasından sümük kimi çıxmış quru
budaqların әhatәsindәydi, amma ona әli çatmırdı, çünki bir az
bundan qabaq o, özünü boşaltmaq üçün kәnara getmiş vә burada
düz bataqlığın ortasına düşmüşdü, çәkmәlәri boğazınacan hәlmәşik
çirkin içindәydi, nә qәdәr geri qayıtmaq istәsә dә, bunu bacarmırdı.

O, buradan çıxa bilmirdi, çünki bu, adi palçıq deyildi... nәsә
başqa bir şey idi.

Yerindә dayanıb әbәs yerә nәdәnsә yapışmağa cәhd edir vә
öz acınacaqlı vәziyyәtinә gülürdü: su başına çıxmışdı, işә bax!

Yerindә dayanıb ümid edirdi ki, bu, olsa-olsa, kiçicik bir
bataqlıqdır, әn pis halda çәkmәlәrinә palçıq dolacaq – qoy dolsun,
әvәzindә onu tapan yoldaşlarına danışmağa sözü olacaq.

Yerindә dayanıb vahimәyә düşmәmәyә çalışırdı, amma sıyıq
kütlә artıq dizlәrindәn dә yuxarı qalxmışdı. Belә olan halda, o,
çapalamağa başladı, yadından çıxarmışdı ki, әgәr axmaqlığın
ucbatından bataqlığa düşmüsәnsә, yaxşısı budur, yerindәn
tәrpәnmәyәsәn. Ətrafa göz yetirmәyә macal tapmamış, lehmә
artıq onun boğazına qalxdı, onu nәsә öz qәhvәyi ağzıyla aşağı
dartır, nәfәs almağa qoymurdu. Tüklü bir dәlә, yıxılmış ağacın
mamır basmış gövdәsiylә yeriyib, heybәnin üstündә oturdu vә
parlayan qara gözlәrini ona zillәdi. Budur, sıyıq kütlә onun
boğazına qәdәr qalxdı, tünd-qәhvәyi buğ burnunu qıcıqlandırdı,
bataqlıq sinәsini daha bәrk sıxmağa başladı vә onun çığırtıları
getdikcә daha titrәk vә tәlaşlı oldu. Ətrafda quşlar uçuşur, civildәşir
vә bir-biriylә savaşırdılar, tunc üzәrindәki patinә bәnzәyәn, yaşılı
çalarlı günәş şüaları yarpaqların arasından süzülürdü, sıyıq kütlә
isә artıq onun çәnәsindәn dә yuxarı qalxırdı. Tәkcә, tәk-tәnha
ölәcәk... ağzını açıb son dәfә qışqırmaq istәdi, ancaq qışqıra
bilmәdi, çünki sıyıq kütlә dişlәrinin arasından sızıb, ağzına doldu,
dilinin üstüylә sürüşüb boğazına doğru irәlilәdi, o, artıq bu
lehmәni udurdu vә qışqıra bilmәzdi...

Connini soyuq tәr basmışdı, tir-tir әsirdi, әlindәki şәrfi bәrk-
bәrk sıxmışdı, tez-tez vә güclә nәfәs alırdı. O, şәrfi döşәmәyә

133
   128   129   130   131   132   133   134   135   136   137   138