Page 137 - Stiven Kinq
P. 137
Ölü zona

embleminin yapışdırıldığını gördü. Maşından tәptәzә cins şalvar
vә qırmızı köynәk geymiş hündürboylu bir kişi düşdü. Görkәmindәn
bәlli olurdu ki, әyalәtә öyrәşmәyib, Yeni İngiltәrәdә qurdların vә
pumaların nәslinin kәsildiyindәn xәbәrdardır, amma bunu özü
yoxlamaq istәyir. Bir sözlә, şәhәr adamıdır. O, eyvana nәzәr
yetirib Connini gördü vә әlini qaldırıb onu salamladı.

– Xoş gördük, – namәlum şәxs dedi. Onun sәsi dә şәhәrli
sәsiydi, boğuq idi (Conninin qәnaәtinә görә, Bruklin aksentiylә
danışırdı), sanki balışın altından gәlirdi.

– Salam, – Conni dedi, – yolu azmısınız?
– Ümid edirәm ki, yox, – namәlum şәxs eyvana aparan pil-
lәkәnin ayağına gәldi, – siz ya Con Smitsiniz, ya da onun әkiz
qardaşısınız.
Conni gülümsәdi.
– Mәnim qardaşım yoxdur, demәli, qapını sәhv salmamısınız.
Sizә nә kömәyim dәyә bilәr?
– Bәlkә dә, hәr ikimizin bir-birimizә kömәyimiz dәyә bilәr, –
namәlum adam pillәkәnlә yuxarı qalxıb әlini ona uzatdı, – adım
Riçard Disdir. “Axirәtdәn baxış” jurnalı.
Onun ağarmış saçları, dәbә uyğun olaraq, qulaqlarını
örtmürdü. “Süni çallaşma?!” – Conni tәәccüblәndi. Balışın
altından gәlirmiş kimi sәslә danışan vә saçını ağ rәngә boyayan
adamla nә barәdә danışmaq olar?
– Yәqin, bizim jurnalı görmüsünüz.
– Hә, görmüşәm. O, istәnilәn supermarketin kassasında sa-
tılır. Mәn müsahibә vermirәm. Tәәssüf edirәm, ancaq siz nahaq
yerә gәlmisiniz. – Jurnal, doğrudan da, supermarketdә satılır.
Ucuz kağızda çap olunur, başlıqları isә sizin boğazınıza çökmәk
üçün az qala sәhifәlәrdәn sıçrayıb çıxacaq – “Uşağı kosmosdan
gәlәnlәr öldürüb, ana gözüyaşlı qalıb”, “Sizin uşaqlarınızı
zәhәrlәyәn әrzaq mәmulatları”, “On iki öncәgörәn adam 1978-ci
ildә Kaliforniyada zәlzәlә olacağını xәbәr verir”.
– Mәn müsahibә barәdә danışmaq istәmirәm, – Dis dedi, –
oturmaq olar?
– Bilirsinizmi, mәn...
– Mister Smit, mәn Nyu-Yorkda tәyyarәyә mindim, sonra Bos-

137
   132   133   134   135   136   137   138   139   140   141   142