Page 140 - Stiven Kinq
P. 140
ven Kinq

dәfә hadisәlәri öncәdәn görmüşәm, ancaq bu, mәndәn asılı
olmayıb. Bu minvalla, Fordun ikinci prezidentliyini öncәdәn
xәbәr vermәyim, mәnim öküzü sağmağım kimi bir şey olardı.

– Axı siz әlinizi ağdan-qaraya vurmayacaqsınız, – Dis dedi, –
bütün köşә yazılarını bizim ştatda olan işçilәrimiz yazırlar.

– Ştatda olan?.. – Əmәllicә tәәccüblәnmiş Conni gözünü
jurnalistin üzünә zillәdi.

– Əlbәttә, – Dis sәbirsizlәnәrәk dedi, – mәsәlәn, son illәr
bizim әn bacarıqlı işçilәrimizdәn biri Frenk Rossdur, o, tәbii
fәlakәtlәr üzrә ixtisaslaşıb. Əla oğlandır, amma, ilahi, o, heç
doqquzuncu sinfi dә bitirmәyib. İki il әsgәrlikdә olub, biz onu
tapanda isә Nyu-York şәhәr avtovağzalında avtobus yuyurdu.
Sizcә, biz ona köşә yazmağı hәvalә edә bilәrdikmi? Axı, o,
“inәk” sözünü yazanda da sәhv buraxır.

– Amma öncәdәngörmәlәr...
– Söz azadlığı, tam söz azadlığı. Oxucunun әn ağ yalanı belә
necә mәmnuniyyәtlә hәzm etdiyini görsәniz, tәәccüblәnmәyә
bilmәzsiniz.
– Yalan, – karıxmış Conni tәkrarladı. O, hirsi tutduğuna görә
özünә tәәccüblәnirdi. Anası “Axirәtdәn baxış” jurnalını lap
çoxdan alırdı. Onda hәlә jurnalda vurulmuş vә qana bulaşmış
maşınların, kәsilmiş başların şәkillәri, gizlincә çәkilmiş edam
fotoları dәrc edilirdi. Yerdә qalan 2 999 999 oxucu kimi, o da
burada yazılan hәr sözә inanırdı. İndi isә qırx dollarlıq ayaqqabı
vә elә indicә mağazadan alınmış, heç qatı da açılmamış köynәk
geymiş, saçlarını rәnglәmiş bu tip, onun qabağında oturub, jurnal
şayiәlәri barәdә danışır.
– Hәr şey düzülüb-qoşulub, – Dis davam edirdi, – әgәr
maraqlı bir şeylә qarşılaşsanız, dәrhal redaksiyanın hesabına bizә
zәng edәrsiniz, biz bu işi peşәkarlara hәvalә edirik vә material
hazır olur. Biz sizin köşә yazılarınızı illik “Axirәtdәn baxış”
antologiyasına daxil etmәk hüququnu özümüzdә saxlayırıq. Buna
baxmayaraq, nәşriyyatla hәr hansı müqavilә bağlamaq öz
ixtiyarınızdadır. Ümumiyyәtlә, biz sizin başqa jurnalda çap
olunmağınıza qadağa qoya bilәrik, amma adәtәn buna getmirik.
Ödәnişә gәlincә, biz yaxşı pul veririk. Müqavilәdә göstәrildiyindәn
dә çox. Belә demәk olarsa, kartof püresi üçün әla sous. – Dis
qәhqәhәylә güldü.

140
   135   136   137   138   139   140   141   142   143   144   145