Page 141 - Stiven Kinq
P. 141
Ölü zona

– Bәs pulun miqdarı barәdә nә deyә bilәrsiniz? – Conni
sözlәri uzada-uzada dedi. O, әllәriylә yırğalanan kreslonun
qoltuqaltısını sıxdı. Sağ gicgahının vena damarında qanın necә
vurduğunu hiss edirdi.

– İlk iki ildә: ildә otuz min dollar, – Dis dedi, – әgәr daha
populyar olsanız, bu mәblәğә yenidәn baxıla bilәr. Bir şey dә
deyim. Bizim ekstrasenslәr ixtisaslaşıblar. Bildiyimә görә, әşyalarla
kontakt sizdә çox yaxşı alınır. – Dis xәyalpәrәstcәsinә gözlәrini
yumdu, – mәn artıq jurnalda sizin köşәnizi görürәm, bu varidatı
yerә gömmәk olarmı? “Con Smit “Axirәtdәn baxış” jurnalının
oxucularını, parapsixoloji araşdırma aparılması üçün öz әşyalarını
ona göndәrmәyә dәvәt edir...” Əlbәttә, biz şәrt qoyacağıq ki,
ucuz әşyalar göndәrsinlәr, çünki onlar geri qaytarılmayacaq.
Amma indi mәn sizi tәәccüblәndirәcәyәm. Bilirsinizmi dünyada
nә qәdәr axmaq var, Allah göstәrmәsin. Onlar nәlәr göndәrmirlәr!
Brilyantlar, qızıl sikkәlәr, nişan üzüklәri... müqavilәdә göstәrә
bilәrik ki, bütün göndәrilәn әşyalar sizin mülkiyyәtinizә keçir.

Conninin gözlәri önündә tünd-qırmızı kölgәlәr oynaşmağa
başladı.

– İnsanlar öz әşyalarını göndәrirlәr vә mәn onları özümә
götürürәm. Sizi düzgün anladım?

– Tamamilә. Hәr şey әla olacaq. Başlıcası, bunu müqavilәdә
nәzәrә almaqdır. Sizin kartof püreniz üçün әlavә sous.

– Tutalım, – Conni sakit vә hәlim sәslә danışmağa çalışaraq
dedi, – tutalım, sizә zәng edib dedim ki, yetmiş altıncı il sentyabrın
otuz birindә prezident Ford qәtlә yetirilәcәk...

– Sentyabrda cәmisi otuz gün var, – Dis dedi, – qalan şey-
lәrdә isә, zәnnimcә, düz hәdәfә vurdunuz. Conni, sizdә hәr şey
öz-özünә alınır. Siz böyük ölçülәrdә fikirlәşirsiniz. Bu yaxşıdır.
Bu uşaqların necә dayaz adamlar olduğunu görsәydiniz,
tәәccüblәnәrdiniz. Yaxşı pul iyi gәlәn yerdә ağızlarını açmağa
ehtiyat edirlәr. Mәsәlәn, Aydaxolu Tim Klark iki hәftә öncә bizә
yazmışdı ki, o, belә bir xәyal görüb: guya gәlәn il Erl Bats istefa
verәcәk. Mәn, әlbәttә ki, öz fransız tәlәffüzümә görә üzr istәyirәm,
amma belә zibil kimә lazımdır? Erl Bats Amerika evdar qadını
üçün kimdir? Sizin biotoklar isә, Conni, lazım olan şәkildәdir.
Siz әsl bizim iş üçün dünyaya gәlmisiniz.

141
   136   137   138   139   140   141   142   143   144   145   146