Page 142 - Stiven Kinq
P. 142
ven Kinq

– Biotoklar, – Conni mızıldandı.
Dis sınayıcı nәzәrlәrlә onu süzdü.
– Özünüzü necә hiss edirsiniz, Conni? Nәsә rәnginiz qaçdı...
Conni ona şәrf göndәrmiş qadın haqqında düşündü. Yәqin,
o da “Axirәtdәn baxış” jurnalını oxuyur.
– İcazәnizlә, yekun vuraq, – Conni dedi, – demәli, mәnim
adıma görә ildә mәnә otuz min dollar verirsiniz...
– Hәm dә sizin şәklinizә görә, bunu unutmayın.
– Şәklimә vә mәnim adımdan yazılmış bir neçә mәqalәyә
görә. Üstәgәl, mәnә göndәrilәn әşyaların sahiblәrinә verәcәyim
cavablara görә. Hәm dә mәnim kartof püremә әlavә sous kimi bu
әşyaları özümә götürә bilәrәm...
– Əgәr hüquqşünaslar bu mәqamı müqavilәyә salsalar...
– Demәli, işin mahiyyәti bundan ibarәtdir?
– Conni, bu, işin yalnız cüzi hissәsidir. Maraqlıdır ki, hәyatda
işdәn iş doğur. Yarım ildәn sonra adınız dillәrә düşәcәk vә onda
siz әmәlli-başlı fәaliyyәtә başlayacaqsınız. Karsonun televiziya
şouları. Görüşlәr. Mühazirә oxumaq üçün turnelәr. Kitab da ki,
öz yerindә. Öz zövqünüzә uyğun nәşriyyat seçә bilәrsiniz – onlar
ekstrasenslәr üçün pullarını әsirgәmirlәr. Keti Nolan da belә
başlamışdı, indi ildә iki yüz min dollar qazanır. Bundan başqa, o,
öz kilsәsini tәsis edib, vergi müfәttişlәri onun bir sentinә belә
toxuna bilmir. Bizim Keti karını bilәn adamdır, – Dis qımışdı, –
sizә deyirәm: hәr şey yaxşı olacaq.
– Əlbәttә!
– Hә, nә fikirlәşirsiniz?
Conni bir әliylә Disin tәzә köynәyinin manjetindәn, digәr
әliylәsә boynundan yapışdı.
– Ey! Siz nә...
Conni hәr iki әliylә jurnalisti özünә sarı çәkdi. Beş ay
müntәzәm fiziki mәşqlәr onun әzәlәlәrini yaxşıca möhkәmlәtmişdi.
– Sәn mәnim nә fikirlәşdiyimi soruşursan, – Conni dedi.
Gicgahlarında uğultu vә ağrı әmәlә gәlmişdi, – cavab verirәm:
sәn vampirsәn. Sәn insanların ümidlәriylә qidalanırsan. Sәnin
kimilәr qәbiristanlıqda işlәmәlidir. Fikirlәşirәm ki, gәrәk ananın
bәtninә düşdüyün günün sabahısı o, xәrçәngdәn ölәydi. Əgәr
cәhәnnәm varsa, sәnin ora düşәcәyinә ümid edirәm.

142
   137   138   139   140   141   142   143   144   145   146   147