Page 139 - Stiven Kinq
P. 139
Ölü zona

– Özünüz bilәrsiniz. Biz azad ölkәdә yaşayırıq, elә deyilmi?
Mister Smit, yәqin, bilirsiniz ki, “Axirәtdәn baxış” jurnalı para-
psixologiya üzrә ixtisaslaşır. Sözün açığı, oxucu bizim materialları
çox bәyәnir. Hәftәlik tirajımız üç milyona çatır. Hәr hәftәyә üç
milyon oxucu, mister Smit, pis deyil, hә? Buna necә nail oluruq?
Mәnәvi, saf şeylәrә üz tuturuq...

– “Adamyeyәn-ayı әkizlәri parçaladı”, – Conni donquldandı.
Dis çiyinlәrini çәkdi.
– Nә etmәk olar, biz amansız dünyada yaşayırıq. Adamlara
belә şeylәr barәdә danışmaq lazım gәlir. Onların bilmәk haqları
var. Ancaq burada hәr aşağı sәviyyәli mәqalәylә bәrabәr, daha üç
mәqalә çap olunur ki, burada ağrısız arıqlama, seksual tәmin
edilmә vә seksual uyğunluq, Tanrıya yaxınlaşmaq haqqında
söhbәt açılır.
– Bәs siz özünüz Tanrıya inanırsınızmı, mister Dis?
– Düzünü desәm, yox, – Dis dedi vә üzündә hәminki mәsum
gülüş peyda oldu, – amma biz dünyanın әn qüdrәtli, demokratik
ölkәsindә yaşayırıq, deyilmi? Hәr kәs özü üçün keşişdir. İş burasındadır
ki, oxucularımız inanırlar. Onlar mәlәklәrә, möcüzәlәrә ...
– ...şәr qüvvәnin bәdәndәn qovulmasına, iblisә, qara messalara
da inanırlar.
– Hә, hә, hә. Fikrimi tutdunuz. Bizimki spiritualistik audi-
toriyadır. İnsanlar bu kimi cәfәng şeylәrә inanır. Bizim Kotlan
Nolan – Amerikanın әn mәşhur öncәdәngörәni dә daxil olmaqla,
on ekstrasenslә müqavilәmiz var. Biz sizә dә kontrakt bağlamağı
tәklif edirik, mister Smit.
– Doğrudan?
– Bәli. Bu, sizin üçün nә demәkdir? Sizin şәkliniz kiçik bir
köşә yazısıyla birgә, ayda bir dәfә sırf paranormal hadisәlәrә
hәsr olunmuş buraxılışımızda çap olunacaq. Başlıq da fikirlәşmәk
lazımdır: “Axirәtdәn baxış” jurnalının on ekstrasensi Fordun
ikinci dәfә prezident seçilәcәyini deyir” vә ya buna bәnzәr bir
şey. Biz yeni il vә Müstәqillik günü әrәfәsindә xüsusi buraxılışlar
dәrc edirik – yeni ildә Amerikanın keçәcәyi yol barәdә. Adәtәn
bu buraxılışlar informasiyalarla dolu olur, boş patronlarla daxili
vә xarici siyasәti atәşә tuturuq vә sairә.
– Mәnә elә gәlir ki, siz başa düşmürsünüz, – Conni dedi. O,
yavaş-yavaş danışırdı, sanki qabağındakı uşaq idi. – Mәn iki

139
   134   135   136   137   138   139   140   141   142   143   144