Page 135 - Stiven Kinq
P. 135
Ölü zona
axşam qәzadan bir az qabaq anan barәdә danışmışdıq. Sәndәn
soruşdum ki, günaha batmış katolik qızını evә gәtirsәn, anan
buna nә deyәr? Sәn cavab verdin ki, o, mәnә sadәcә olaraq, bir
neçә dini broşür bağışlayar. Onda sәnin üzünün ifadәsindәn onu
çox sevdiyini anladım. Atandan son vaxtlar onun çox dәyişildiyini
öyrәndim. Bu, yәqin ki, onun sәnә mәhәbbәtindәn vә bu dәrdlә
barışa bilmәmәsindәn irәli gәlirdi. Başın sağ olsun, indi vә ya
gәlәcәkdә sәnә hәr hansı kömәyim dәyә bilәrsә, dostun Saraya
güvәnә bilәrsәn”.
Bu, onun cavab yazdığı yeganә mәktub idi; xatirәlәri vә
açıqça üçün ona tәşәkkür etdi. O, özünü әlә vermәkdәn ehtiyat
edәrәk, hәr sözünü ölçüb-biçirdi. Sara artıq әrli qadın idi vә o, bu
vәziyyәti dәyişdirmәyә qadir deyildi. Conni anası haqqında
etdiklәri hәmin söhbәti xatırlayırdı. Saranın açıqçası hәmin
axşamı yadına saldı, o da daha çox kәdәrli bir cavab yazdı. O,
hәlә dә Sara Breknelli sevirdi vә daima özünә xatırlatmalı olurdu
ki, artıq Sara yoxdur, onun әvәzindә ondan beş yaş böyük, iki-
yaşlı uşaq anası vardır.
Conni konvertin içindәki poçt vәrәqini çıxararaq, onu tәlәsik
gözdәn keçirdi. Sara öz oğluyla birlikdә, birhәftәliyә Kennebaka,
birinci-ikinci kurslarda bir otaqda qaldığı rәfiqәsigilә qonaq
getmәyә hazırlaşırdı. Rәfiqәsinin soyadı Konstantindir, o vaxtlar
isә Stefani Karsley idi. Sara yazırdı ki, Conni, bәlkә dә, onu
xatırlayır, amma Conni yadına sala bilmirdi. Sözün kәsәsi, Uolt
işlәdiyi firmanın vә mәnsub olduğu partiyanın işlәrinә görә
Vaşinqtonda ilişib qalmışdı vә Sara belә qәrara gәlmişdi ki, heç
olmasa, birgünlüyә Paunala gәlib, әgәr münasibdirsә, Connini vә
Herberti ziyarәt etsin.
“Oktyabrın 17-dәn 23-nә qәdәr, istәdiyin vaxt mәnә Stefaninin
nömrәsiylә – 814-62-19-a zәng edә bilәrsәn. Əgәr mәnim sizә
gәlişim hansısa sәbәblәr üzündәn münasib deyilsә, onda buraya
vә ya Kennebaka zәng edib xәbәr ver. Mәn başa düşәrәm. Hәr
ikinizi sevirәm. Sara”.
Conni әlindә mәktub, hәyәtin o tәrәfindәki, son hәftә әrzindә
qırmızımtıl-qәhvәyi vә qızılı rәngә boyanmış meşәliyә baxırdı.
Tezliklә yarpaqlar tökülmәyә başlayacaq, qış girәcәk.
“İkinizi dә sevirәm. Sara”. O, fikirli-fikirli barmaqlarını
sözlәrin üstündә gәzdirirdi. Fikirlәşirdi ki, zәng etmәmәk, yaz-
135