Page 138 - Stiven Kinq
P. 138
ven Kinq
tonda oyuncaq bir tәyyarәyә minmәli oldum, bu tәyyarәylә
uçarkәn yalnız bir şey haqqında düşünürdüm – vәsiyyәtnamә
yazmadan ölsәm, arvadımın axırı necә olacaq?
– “Portlend Banqor” aviakompaniyası? – Conni gülümsәyәrәk
soruşdu.
– Özüdür ki var, – Dis tәsdiq etdi.
– Yaxşı, – Conni dedi, – mәn sizin cәsarәtinizi vә öz işinizә
sәdaqәtinizi qiymәtlәndirirәm. Sizi dinlәyәcәyәm, amma
ixtiyarımızda cәmisi on beş dәqiqә vaxt var. Mәnә hәr gün
nahardan sonra yatmaq tövsiyә olunub.
– On beş dәqiqә kifayәtdir, – Dis bir az da yaxınlaşdı, –
mәn yalnız öz tәxminimi sәslәndirәcәyәm, mister Smit, amma
mәnә elә gәlir ki, sizin haradasa iki yüz min dollara yaxın
borcunuz var. Bu isә xırda mәsәlә deyil.
Conninin üzünün ifadәsi dәyişdi.
– Kimә, nә qәdәr borcluyam, – o dedi, – bu, mәnim öz
işimdir.
– Əlbәttә, әlbәttә. Xәtrinizә dәydimsә, mәni bağışlayın,
mister Smit. “Axirәtdәn baxış” sizә iş tәklif etmәk istәyir.
Mәnfәәtli bir iş.
– Yox. Qәtiyyәn razı deyilәm.
– İcazә verin, yalnız...
– Mәn xidmәt göstәrәn ekstrasens deyilәm, – Conni dedi, –
nә Cin Dikson, nә Edqar Keys, nә dә Aleks Tannous deyilәm.
Bununla qurtaraq. Keçmişi qurdalamağa gәrәk yoxdur.
– Bir neçә dәqiqә dә vaxtınızı almaq olar?
– Mister Dis, görünür, başa düşmürsünüz ki, mәn...
– Bir neçә dәqiqә. – Dis mәsumanә gülümsündü.
– Siz axı mәni necә tapdınız?
– Men ştatının әyalәt şәhәrinin – “Kennebek cornel” jurna-
lında işlәyәn ştatdankәnar müxbirimizin sayәsindә. O dedi ki,
heç yerdә görünmәsәniz dә, yәqin, atanızın evindәsiniz.
– Belә, demәk, mәn ona minnәtdar olmalıyam, hә?
– Əlbәttә, – Dis cәld cavab verdi, – mәrc gәlәrәm ki, mәnim
tәklifimi sonacan dinlәsәniz, doğrudan da, ona minnәtdar
olacaqsınız. Başlayım?
– Yaxşı, – Conni dedi, – ancaq mәn öz qәrarımı, buraya sizi
qorxuya salan tәyyarәdә gәldiyinizә görә dәyişmәyi düşünmürәm.
138