Page 143 - Stiven Kinq
P. 143
Ölü zona

– Mәnimlә belә danışma! – Dis balıqsatan qadınlarsayağı
cingiltili sәslә qışqırdı. – Sәn ağlını itirmisәn! Unut! Sәnә
dediklәrimin hamısını unut, yelbeyin, kobud korazehin! Sәnә bu
cür şans verirdilәr! Sonra sürünә-sürünә ayağımıza gәlmә...

– Sәn elә bil ki, balışın altından danışırsan, – Conni dikәlәrәk
dedi. Özüylә Disi dә çәkib qaldırdı. Disin köynәyi cins şalvarının
altından çıxmışdı, altdan geydiyi tor-tor maykası görünürdü.
Conni Disi bәrk silkәlәmәyә başladı. O isә ağzını Allah yoluna
qoyub, yeddimәrtәbәli söyüşlәr söyürdü.

Conni onu pillәkәnә doğru sürüklәdi, burada onun tәzә
“Levays”ının dalına tutarlı bir tәpik ilişdirdi. Dis bağıra-bağıra
pillәlәrin üstüylә üzüaşağı diyirlәnәrәk, yerә sәrәlәndi. Sonra
qalxıb Conniyә sarı çevrildi. Sәliqәli paltarı toz-torpağa bulaşmışdı.
Conni düşündü ki, onun görkәmi indi daha tәbiidir, amma Dis
çәtin ki, bunu düzgün qiymәtlәndirә bilsin.

– Sәni polisә vermәk lazım idi, – Dis xırıldadı, – bәlkә, mәn
elә belә dә elәdim.

– Özün bilәrsәn, – Conni dedi, – amma nәzәrә al ki, yerli
polisin burnunu lazım olmayan yerlәrә soxan adamlardan xoşu
gәlmir.

Disin sәyriyәn sifәtindә qorxu, qәzәb vә tәәccüb – hamısı
eyni vaxtda ifadә olunmuşdu.

– Çalış, gözümüzә görünmәyәsәn, әks halda, özündәn küs, –
o dedi.

Conninin başı bәrk ağrıyırdı, buna baxmayaraq, sakit sәslә
danışmağa çalışırdı.

– Lap yaxşı, – o, cavab verdi, – qızıl kimi sözlәrdir.
– Görәrsәn, sәn hәlә çox peşman olacaqsan. Üç milyon oxu-
cu. Bu, az şey demәk deyil. Sәnin işini bitirdikdәn sonra, apreldә
yazın gәlәcәyini xәbәr versәn belә, sәnә heç kәs inanmayacaq.
Növbәti dünya çempionatının oktyabrda başlayacağını desәn dә,
inanmayacaqlar. Desәn ki... – Dis hirsindәn sözünün ardını gәtirә
bilmәdi.
– İtil buradan, avaranın birisi, – Conni dedi.
– Kitabın heç vaxt çıxmayacaq! – Ağlına daha dәhşәtli tәh-
did gәlmәyәn Dis qışqırdı. Sәyriyәn sifәti vә toz-torpaq içindә

143
   138   139   140   141   142   143   144   145   146   147   148