Page 145 - Stiven Kinq
P. 145
Ölü zona

Cücә lәqәbli bankir, yerli “Aslanlar klubu”nun prezidenti
Çarlz Hendron güldü, doğrudur, bu gülüş bir qәdәr qәtiyyәtsiz
alındı. Stilson adamları şaşırtmağı bacarırdı. Qreq sısqa, xәstәhal
uşaq kimi böyümüşdü, hәmişә deyirdi ki, “güclü külәk әsәndә,
az qala yıxılırmış”. Amma indi Hendronun kabinetindә atasının
işlәdiyi Oklahomanın neft sәnayesi fәhlәsinә oxşayırdı.

Hendronun gülüşünü eşidәn Stilson qaşqabağını tökdü.
– Qreq, demәk istәyirәm ki, bununla bağlı Corc Harvinin öz
mülahizәlәri var.
Corc Harvi tәkcә şәhәrin siyasi hәyatında önәmli rol
oynamırdı, o, hәm dә üçüncü dairәdә respublikaçılar partiyasının
xaç atası idi.
– Corc “yox” demәyәcәk, – Qreq arxayın-arxayın dedi. Onun
saçları çallaşmışdı, amma sifәti birdәn-birә, bir neçә il bundan
qabaq Ayovadakı fermada iti döyüb-öldürdüyü vaxt göründüyü
hala düşdü. – Corc bu işә qarışmayacaq, – Qreq sәbirlә davam
etdi, – o, mәnim tәrәfimdәdir, başa düşürsünüz? Mәn onun
sevimli döyәnәyini tapdalamağa hazırlaşmıram, çünki müstәqil
namizәd olacağam. Daha iyirmi il dә ona-buna hamballıq edib,
ayaqqabılarını yalaya bilmәrәm.
Cücә Hendron qәtiyyәtsizliklә dedi:
– Zarafat elәmirsiniz ki, Qreq?
Qreq tәhdidlә qaşlarını çatdı.
– Cücә, mәn heç vaxt zarafat elәmirәm. Adamlar... elә bi-
lirlәr, zarafat edirәm. “Yunion Lide” vә “Deyli demokrat”dan
olan yelbeyinlәr dә mәnim zarafat etdiyimi fikirlәşirlәr. Ancaq
siz Corc Harviylә danışın. Mәnim zarafat elәdiyimi vә ya iş
gördüyümü ondan soruşun. Siz mәni daha yaxşı tanımalıydınız.
Mәgәr bәzi işlәri birgә ört-basdır etmәmişikmi, hә, Cücә?
Qreqin zabitәli sifәtindә Hendronun qanını donduran
müәmmalı tәbәssüm yarandı – Stilson vaxtilә onu tikinti
fırıldaqlarına cәlb etmәyә müvәffәq olmuşdu. Onlar yaxşı, daha
doğrusu, әla pullar qazanmışdılar. Amma bir çox sәbәblәrә görә
Sanninqdeyl әrazisindәki (açığını desәk, Loreldәki tikinti dә)
yüz faiz qanuni sayıla bilmәzdi. Mәsәlәn, onlar Ətraf Mühiti
Mühafizә Agentliyini rüşvәtlә әlә almışdılar vә bu, hәlә başqa

145
   140   141   142   143   144   145   146   147   148   149   150