Page 149 - Stiven Kinq
P. 149
Ölü zona

Cücә Hendron key-key başını buladı. O, hәr ehtimala qarşı,
sinәsinin sol hissәsini övkәlәyir, dönә-dönә şәkillәrә baxırdı.
Lәnәtә gәlmiş şәkillәr... Birdәn katibәsi içәri girsә? Sinәsini
övkәlәmәyi buraxıb, şәkillәri toplayaraq, konvertә dürtüşdürmәyә
başladı.

– Sәdr Maonun qırmızı kitabçasını, – Qreq davam etdi. Onun
nәhәng sinәsindәn gülüş qopdu – haçansa gülüşü dә özü kimi
cılız çıxırdı vә bu, onun sevimli atasında ikrah doğururdu. – Maonun
kitabçasında bir sitat var... dәqiq yadımda deyil, amma tәxminәn
belәdir: “Dәyişiklik yelini hiss edәn insan, yeldәn qorunmaq
üçün daldalanacaq yer deyil, yel dәyirmanı tikmәlidir”. Hәr
halda, mәnası belәdir.

O, qabağa әyildi.
– Harrison Fişer favorit deyil, onun vaxtı keçib. Fordun da
vaxtı keçib. Maskinin vaxtı keçib. Hemfrinin vaxtı keçib. Bütün
ölkәdә, balaca balıqlardan tutmuş, balinalara qәdәr, siyasәtçilәrin
çoxu seçkilәrin sabahısı günü yuxudan ayılıb görәcәklәr ki,
onların dront quşu kimi nәsillәri kәsilib.
Qreq Stilsonun gözlәri parıldadı.
– Hadisәlәrin necә inkişaf edәcәyini bilmәk istәyirsinizmi?
Men ştatından seçilәn Lonqli yadınızdadırmı? Burada respublikaçılar
Ervinin, demokratlar Mitçellin namizәdliyini irәli sürmüşdülәr,
sәslәr sayılanda isә hamı әmәllicә tәәccüblәnmәli oldu, çünki
xalq bu partiyaların heç biriylә iş görmәk istәmәyәn Lyüistonlu
sığorta agentini qubernator seçmişdi.
Hendron hәlә dә dinib-danışmırdı.
Qreq dәrindәn nәfәs aldı.
– Onlar elә bilәcәk ki, boş-boş işlәrlә mәşğulam, başa dü-
şürsünüz? Onlar Lonqli haqqında da belә düşünürdülәr. Amma
mәn zarafat elәmirәm. Mәn yel dәyirmanı tikirәm. Siz isә mәni
tikinti materialları ilә tәmin edәcәksiniz.
O, sözünü bitirdi vә kabinetә yenidәn sükut çökdü. Nәhayәt,
Hendron pıçıltıyla soruşdu:
– Bu şәkillәri haradan әlә keçirmisiniz? Elliman verib?
– Əşi, nә fәrqi var? Bu barәdә danışmağa dәymәz. Onları
özünüzә götürün.

149
   144   145   146   147   148   149   150   151   152   153   154