Page 154 - Stiven Kinq
P. 154
ven Kinq

uşağın qәlbini gördü. Orada nә bir hәyәcan, nә dә qara lәkә
vardı. Hәr şey son dәrәcә sadәydi. Gәlәcәk haqqında narahatlıqdan,
keçmişin acı xatirәlәrindәn әsәr-әlamәt yox idi. Orada sözlәr dә
yoxdu, yalnız rahatlıq, tәmizlik hissi vә anasıyla hansısa kişinin,
yәni Conninin özünün obrazları vardı.

– Conni? – Sara ona hәyәcanla baxırdı.
– Nә?
– Hәr şey yaxşıdır?
Conni, nәhayәt, anladı ki, o, öz oğlu barәdә soruşur. Denninin
işlәri qaydasındadırmı? Narahatlığa әsas varmı? Xoşagәlmәz bir
şey var, ya yox?
– Hәr şey әladır, – Conni dedi, – istәyirsәnsә, evә keçәk,
amma mәn, adәtәn eyvanda olmağı xoşlayıram. Hәlә pilәtәnin
qırağında çox oturacağıq – axşama çox var.
– Eyvandan gözәl nә ola bilәr? Deyәsәn, Denni dә hәyәt-
bacanı gözdәn keçirmәk istәyir. Hә, balaca? – O, Denninin
saçlarını qarışdırdı vә Denni qәhqәhәylә güldü.
– Onu tәk qoymaq olar?
– Olar, amma ağzına çör-çöp alacağından qorxuram.
Conni Dennini ehtiyatla, Min sülalәsinә aid çin vazasıyla
davranırmış kimi, yavaşca yerә qoydu.
– Özünü necә hiss edirsәn?
– Mәncә, bundan yaxşı ola bilmәzdi, – Conni bir neçә gün
öncә Riçard Disin dalına necә tәpik ilişdirdiyini xatırlayaraq
dedi:
– Lap yaxşı. Sәni son dәfә görәndә çox zәif idin. Conni
başını yellәdi.
– Cәrrahi әmәliyyatlara görәydi.
– Conni...
O, Saraya baxdı vә yenidәn içindә hansısa tәxminlәr,
günahkarlıq hissi, nәylәsә bağlı gizli gözlәntilәr baş qaldırdı.
Sara da baxışlarını yayındırmadan onun üzünә baxırdı.
– Nәdir?
– Yadındadır?.. Nişan üzüyünü deyirәm.
O, başını yellәdi.
– O oradaydı. Sәn dediyin yerdә. Mәn onu atdım.
– Atdın? – Conni heç tәәccüblәnmәdi.

154
   149   150   151   152   153   154   155   156   157   158   159