Page 158 - Stiven Kinq
P. 158
ven Kinq

Conni dizlәri üstә çökәrәk, şalvarın “çarpaz”ını açdı.
“Çarpaz”ın cırıltılı sәsi әtrafa çökmüş sükutu pozdu. Saranın beli
geydiyi ağ bikiniylә müqayisәdә әsmәr idi. Conni onun çiyinlәrinin
arasını öpdü vә o, ilan kimi qıvrıldı.

– Sara, – Conni pıçıltıyla dedi.
– Nәdir?
– Sәnә nәsә demәliyәm.
– De görüm.
– Cәrrahi әmәliyyatlardan birindә hәkim tәsadüfәn mәnim
bir yerimi kәsib...
Sara әlini onun çiynindә şappıldatdı.
– Elә hәmin Connisәn. Bәlkә, karuseldәn yıxılıb ölmüş bir
dostun barәdә dә danışasan?
– Düz tapmısan.
– Yox, sәn hәkimlәr tәrәfindәn şikәst olunmuş adama oxşa-
mırsan, – onların baxışları toqquşdu. Saranın gözlәri parıldayırdı, –
heç oxşamırsan. Yoxlayaq?
Ətraf tünd ot әtriylә doluydu. Zaman dayanmışdı. Qaba
ordu adyalı, Saranın hamar dәrisi, onun çılpaq bәdәni... o, köhnә,
hәlә axıracan unudulmamış yuxuya dalırmış kimi, Saranın
vücuduna daldı.
– Conni... Aman Tanrım... – Saranın sәsindәki getdikcә
güclәnәn ehtiras. Baldırlarının sürәtlәnәn rәqsi. Onun saçları
Conninin çiyinlәrini vә sinәsini yandırırdı. O, başını onun
saçlarının arasına soxub, bu toranlıqda azmışdı.
Zaman dayanmışdı. Ot qoxusu. Qaba ordu adyalı. Payız
külәyindә gәmi avadanlığı kimi yüngülcә cırıldayan köhnә tikili.
Zәif işıq, içindә toz dәnәciklәri oynaşan onlarca parlaq saplara
parçalanaraq, tavandakı yarıqlardan içәri dolurdu.
Sara astadan qışqırdı. O, Conninin adını çağırırdı. Onun
adını dәfәlәrlә, cadu oxuyurmuş kimi çağırırdı. Sonra birdәn
onun dırnaqları Conninin bәdәninә sancıldı. Budur, әla mәhsuldan
çәkilmiş köhnә çaxır şüşәsi açıldı.
Sonra pәncәrәnin qabağında oturub hәyәtә baxdılar. Sara
donunu çılpaq bәdәninә geyib hәyәtә çıxdı. Conni heç nә haqqında
düşünmәdәn oturmuşdu. O, pәncәrәdәn Saranın eyvana doğru
getdiyini görürdü. Sara oğlunun çarpayısı üzәrinә әyilib, onun
adyalını düzәltdi. Geriyә qayıdarkәn külәk onun saçlarını oynadır,
donunun әtәyini qaldırırdı.

158
   153   154   155   156   157   158   159   160   161   162   163