Page 160 - Stiven Kinq
P. 160
ven Kinq
Onlar şam edirdilәr. Herbert Saradan Uoltun Vaşinqtona nә
üçün getdiyini soruşdu vә Sara dedi ki, o, oraya hinduların öz
torpaqlarını geri tәlәb etmәsiylә bağlı çağırılmış konfransa
yollanıb. Onun sözlәrinә görә, külәyin hansı sәmtә әsdiyini
respublikaçılar mәhz bu cür konfranslarda müәyyәnlәşdirirlәr.
– Uoltun görüşdüyü siyasәtçilәrin әksәriyyәti әmindir ki,
әgәr partiya gәlәn il Fordun yerinә Reyqanın namizәdliyini irәli
sürsә, bu, partiya üçün ölümә bәrabәr olacaq, – Sara dedi, – vә
әgәr Böyük partiya sıradan çıxsa, yetmiş sәkkizinci ildә, Koen
senatda Bill Hatueyin yerinә öz namizәdliyini verәrkәn, Uolt
Koeni әvәzlәyә bilmәyәcәk.
Herbert Denninin altı dişinin altısını da işә salıb, paxlaları
bir-birinin ardınca necә içәri ötürdüyünә tamaşa elәyirdi.
– Senata düşmәk üçün Koenin yetmiş sәkkizinci ilә qәdәr
öz sәbrini basa bilәcәyinә inanmıram. O, elә gәlәn il Maskiyә
rәqib olacaq.
– Uolt deyir ki, Koen o qәdәr dә axmaq deyil, – Sara dedi, –
o gözlәyәcәk. Uolt tezliklә әlinә girәvә düşәcәyini deyir vә mәn
dә ona inanmağa başlayıram.
Şam yemәyindәn sonra qonaq otağında oturmuşdular vә
artıq söhbәt siyasәtdәn getmirdi. Onlar Denninin taxtadan
düzәldilmiş maşınlarla necә oynadığına tamaşa edirdilәr. Bu
oyuncaqları, iyirmi beş il öncә gәnc Herbert Smit öz oğlu üçün
düzәltmişdi. Onda onun saçlarına bir dәn belә düşmәmişdi vә o,
öz oğlunun böyük gәlәcәyinә sonsuz inam bәslәyirdi.
“O, әlbәttә ki, hәr şeyi başa düşür, – Conni kofe içә-içә
düşünürdü, – Sara ilә mәnim aramda olanları bilib-bilmәmәsindәn,
baş verәnlәr haqqında şübhәlәnib-şübhәlәnmәmәsindәn asılı ol-
mayaraq, o, әsas mәsәlәni dürüst anlayır: anlayır ki, bu, özünü
aldatmaqdan başqa bir şey deyil. Nәyisә dәyişmәk vә ya düzәltmәk
mümkün deyil, yalnız bununla barışmağa cәhd etmәk olar. Bu
gün biz heç vaxt mümkün olmayacaq nikah bağladıq. Vә budur,
atam bu axşam öz nәvәsiylә oynayır”.
Conni Uğur çarxını xatırladı – budur, çarx yavaşıyaraq
dayanır.
Zero. Hamı uduzur.
160