Page 165 - Stiven Kinq
P. 165
Ölü zona

dedi. Banderolları, özünü aldadılmış hesab edәn adamların hid-
dәtli, әsasәn dә anonim mәktubları vә açıqçaları әvәzlәdi.

“Bizim Amerika Ştatlarına kәlәk gәlmәk planları qurduğunuz
üçün cәhәnnәmdә yanacaqsınız!” – tipik mәktublardan birindә
deyilirdi. Mәktub “Ramada” hotelinә mәxsus әzik-üzük poçt
vәrәqindә yazılmış vә Pensilvaniyanın York şәhәrindәn göndә-
rilmişdi. – “Siz, sadәcә olaraq, hoqqabaz-tryukçu vә iy verәn zi-
bilsiniz. Sizin yalanınızı ifşa edәn jurnala minnәtdaram. Siz xә-
calәt çәkmәlisiniz, ser. Bibliyada günahkarları Od Gölünә atırlar
vә o, orada yox olur. Yalançı peyğәmbәrlәr isә әbәdi olaraq odda
yanacaqlar. Siz öz ölümsüz ruhunu qәpik-quruşa satan yalançı
peyğәmbәrsiniz. Mәktubumu bitirirәm vә ümid edirәm ki, doğma
şәhәrimin küçәlәrindә heç vaxt әlimә keçmәyәcәksiniz. Dost
olaraq qalıram (sizә yox, Tanrıya, ser!)”

“Axirәtdәn baxış” jurnalındakı mәqalәdәn sonra, iyirmi gün
әrzindә, tәxminәn hәmin mövzuda xeyli mәktub gәldi. Bәzi
işbazlar Conniylә әlbir olmaq istәyirdilәr. “Mәn fokusçunun as-
sistenti olmuşam, – müxbirlәrdәn biri öyünürdü, – mәn qoca
yava qadınların korsetini bir göz qırpımında çıxarırdım. Əgәr siz
hansısa telepatik tryuk hazırlayırsınızsa, sizә çox kömәyim dәyә
bilәr!”

Sonra qutular vә banderollar kimi, mәktubların da arası
kәsildi. Bir dәfә, noyabrın sonunda Conni poçt qutusunu açıb,
orada heç nә görmәdi; qayıdarkәn Endi Uorolun sözlәrini xatırladı:
hәr bir amerikalının hәyatında, heç olmasa, on beş dәqiqәliyә
şöhrәt tapacağı bir gün olur. Belә görünür ki, Con üçün hәmin on
beş dәqiqә gәlib keçmişdi vә buna onun özündәn savayı, heç kim
bu qәdәr sevinmirdi.

Ancaq sonrakı hadisәlәr göstәrdi ki, o, tez sevinirmiş.
– Smitdir? – Telefonun dәstәyindәn gәlәn sәs soruşdu, –
Con Smitdir?
– Hә.
Tanış sәs deyildi, amma zәng edәnin nömrәni sәhv salmadığı
bәlli idi. Qәribәdir, axı atası onun telefon nömrәsini üç ay әvvәl
dәyişdirmişdi. Yeni ilqabağıydı, qonaq otağının küncündә, Conni
hәlә uşaqkәn Herbertin düzәltdiyi, köhnә çarpaz taxtanın üstünә
yolka qoyulmuşdu. Bayırda bәrk qar yağırdı.

165
   160   161   162   163   164   165   166   167   168   169   170