Page 167 - Stiven Kinq
P. 167
Ölü zona

Bu yaxınlarda isә qәzetdә Bannerman soyadına rast gәlmişdi.
Bu, dәqiq yadındadır. Bannerman hansısa işlәrә bulaşmışdı.

Conni dәstәyi tutduğu әlini yana açıb, ona diqqәt yetirdi,
qәfildәn hәr şeyi anladı. O, әlinә sanki zәhәrli ilana baxırmış
kimi baxırdı.

– Mister Smit? – telefonun o başından alçaqdan sәs gәldi, –
alo, mister Smit!

– Eşidirәm, – Conni yenidәn dәstәyi qulağına tutdu. O, Sem
Veyzaka qarşı hirsini boğa bilmirdi. Sem hәlә ötәn yay ona
israrla burnunu heç yerә soxmamağı tapşırırdı, amma özü ilk
rastlaşdığı adama, Allah bilir, nәlәr danışıb.

– Siz boğulub öldürülmüş adamlarla bağlı zәng edirsiniz,
deyilmi? Bannerman xeyli tәrәddüd keçirdi. Sonra soruşdu:

– Biz görüşә bilәrikmi, mister Smit?
– Yox. Bu istisna olunur. – İçini gәmirәn hirs artıq qeyzlә
әvәzlәnirdi. Conni qorxmağa başlayırdı.
– Mister Smit, bu, çox vacibdir. Bu gün...
– Yox. Mәni rahat buraxmanızı istәyirәm. Siz mәgәr o ax-
maq “Axirәtdәn baxış” jurnalını oxumursunuz? Mәn axı
fırıldaqçıyam.
– Doktor Veyzak dedi ki...
– Onun heç nә demәk haqqı yoxdur! – Conni qışqırdı. Tir-
tir әsirdi. – Sağ olun! – dәstәyi yerinә qoyub, tez telefonun ya-
nından aralandı, sanki bununla yeni vurulacaq zәnglәri әngәllә-
mәk istәyirdi. Gicgahlarında yeni başağrısının yarandığını hiss
edirdi. Ürәyindәn Kaliforniyaya, Semin anasına zәng elәmәk
fikri keçdi. Qoy bilsin ki, oğlu yaşayır. Onunla necә әlaqә
yaratmağın yolunu da desin. Belәcә, ondan heyfini alsın.
Bunun әvәzindә o, qutudan telefon mәlumat kitabçasını
çıxardı, Semin Banqordakı iş telefonunun nömrәsini taparaq,
onu yığdı. Telefon çağırmağa başlayan kimi, nәdәnsә qorxub,
dәstәyi yerinә qoydu. Sem niyә belә elәyib? Niyә, lәnәt şeytana?
O, yeni il yolkasına nәzәr saldı. Hәmin köhnә oyuncaqlar.
İki gün әvvәl o, atasıyla birgә bu oyuncaqları çardaqdan gәtirib
yolkaya asmışdı. Bu yolka oyuncaqları da maraqlı şeydir. İnsan
böyüdükdәn sonra, uşaqlıqda onu әhatә elәyәn şeylәrdәn çoxusu

167
   162   163   164   165   166   167   168   169   170   171   172