Page 171 - Stiven Kinq
P. 171
Ölü zona
gәtirmәyә razılıq vermiş iki psixiatrın mәlumatı dәrc olunmuşdu.
Onlardan biri seksual pozğunluğun xüsusi bir növü – orqazm
anında zorakılıq etmәk şövqü haqqında danışırdı.
Conninin başı get-gedә daha bәrk ağrıyırdı.
Digәr psixiatr isә diqqәti belә bir fakta yönәldirdi: qәtllәrin
beşi dә payızın sonlarında vә ya qışın әvvәllәrindә baş vermişdi.
Maniakal-depressiv şәxsin hәrәkәtlәri heç bir ciddi sxemә aid
edilә bilmәsә dә, manyakın әhvalının pozulması, bir qayda olaraq,
mövsümi xarakter daşıyır. Cinayәtkarın aqressivliyi aprelin
ortalarından tәxminәn avqustun sonlarına kimi azalır, sonra
yavaş-yavaş artaraq qәtl anında öz pik nöqtәsinә çatırdı. Maniakal
vә ya “pik” vәziyyәtindә bu adam, görünür, son dәrәcә böyük
seksual aktivliyә malik olur, özündәn tez çıxır, risk etmәyә
meyilli olur vә öz cәzasızlığına inanır. “Ehtimal ki, o, polisin
әlinә keçmәyәcәyinә әmindir”, – anonim psixiatr bu qәnaәtә
gәlmişdi. Mәqalә bu sözlәrlә qurtarırdı: “Hәlә ki, qatil öz
tәxminlәrindә yanılmayıb”.
Conni qәzeti kәnara qoyub saata baxdı. Atası bir-iki dәqiqәyә
gәlәcәkdi. O, sobaya yaxınlaşıb qәzeti oda atdı.
Mәnim işim deyil. Görüm Sem Veyzakı lәnәtә gәlsin.
Mağarada gizlәnmә, Conni.
Yox, o gizlәnmirdi. Sadәcә, iş elә gәtirdi ki, onunla çox sәrt
davrandılar. Hәyatının bütöv bir hissәsindәn mәhrum olmaq –
mәgәr bu, onun özünә dә sәrt olmaq haqqı vermirmi?
Ah, özünә necә dә yazığın gәlir.
– Cәhәnnәm olsun, – Conni donquldandı vә pәncәrәyә
yaxınlaşıb, küçәyә nәzәr saldı. Quşbaşı yağan qarın әlindәn heç
nә görünmürdü. Conni ümid edirdi ki, bu qarda-çovğunda atasının
başına bir iş gәlmәyәcәk, bir dә ona ümid edirdi ki, Herbert
tezliklә özünü yetirib onun bu mәnasız özünüifşasına son qoyacaq.
O, yenidәn telefona yaxınlaşıb, tәrәddüd içindә dayandı.
Conninin özünә yazığı gәlib-gәlmәmәsindәn asılı olmayaraq,
o, hәyatının xeyli hissәsini itirmişdi. Demәk olar, әn yaxşı
hissәsini. Özünü yenidәn tapmaq üçün o, çox çalışmalı oldu.
Mәgәr o, bir qәdәr tәk qalmaq haqqı qazanmamışdımı? Mәgәr
onun, bir az әvvәl arzuladığı kimi, adi hәyat sürmәk haqqı yox-
durmu?
171