Page 172 - Stiven Kinq
P. 172
ven Kinq

Adi hәyat deyilәn şey yoxdur, mәnim әzizim.
Qoy olsun, әvәzindә qeyri-adi hәyat var. İnsanların әşyalarına
toxunub, onların kiçik tәlaşları, әhәmiyyәtsiz sirlәri, xırda
qәlәbәlәri haqqında öyrәnmәk – doğrudan da, qeyri-adi hәyatdır.
Bu, istedad yox, qarğışa tuş gәlmәkdir.
Tutalım, o, şeriflә görüşdü. Axı şerifә kömәyi dәyә bilәcәk,
ya yox, bunu bilmirdi. Hәtta, tutaq ki, bunu bacardı. Tutaq ki,
qatili mavi haşiyәli sinidә şerifә verdi. Onda, yenә dә xәstәxanadakı
mәtbuat konfransı tәkrarlanacaq vә bu, yenә dә әmәlli-başlı sirki
xatırladacaq.
Başağrısı bir yana, beyninin içindә qarayaxa bir mahnı,
daha doğrusu, mahnının cingiltili parçaları sәslәnmәyә başlamışdı:
“Sinәmdә qalanan od... sәn alış, daima nur saç... sinәmdә qalanan
od... alış, yan, hәmişә nur saç... işıq saç... işıq saç... işıq saç...”.
O, dәstәyi götürüb Veyzakın nömrәsini yığdı. İndi, saat
beşdәn sonra bu, tәhlükәsizdir. Veyzak artıq işdәn çıxmışdı, öz
ev nömrәlәrini isә tanınmış nevroloqlar mәlumat kitabçalarına
vermirlәr. Telefon altı, ya yeddi dәfә çağırdıqdan sonra Conni
dәstәyi asmaq istәyirdi ki, Sem cavab verdi:
– Bәli. Alo?
– Semdir?
– Con Smit? – Veyzakın sәsindә razılıq, eyni zamanda bir
narahatlıq hiss olunurdu.
– Hә, mәnәm.
– Hava necәdir, xoşunuza gәlir? – Veyzak bu dәfә hәddindәn
artıq gümrah sәslә soruşdu, – sizdә dә qar yağırmı?
– Hә.
– Burada bir saat әvvәl yağmağa başlayıb. Deyirlәr... Con?
Siz şerifә görә zәng edirsiniz? Kefiniz pozulub?
– Hә, mәn şeriflә danışdım, – Conni dedi, – vә mәn nә baş
verdiyini başa düşmәk istәyirәm. Mәnim nömrәmi ona nә üçün
vermisiniz? Niyә mәnә müraciәt edib, sizә nә lazım olduğunu
demәmisiniz? Ümumiyyәtlә, nә üçün әvvәlcә mәnә zәng edib,
razılığımı almamısınız?
Veyzak köks ötürdü.
– Conni, sizә yalan danışa bilәrdim, amma danışmayacağam.
Sizә ona görә zәng etmәdim ki, sizin imtina edә bilәcәyinizdәn
qorxdum. Siz şeriflә danışdıqdan sonra isә ona görә zәng etmәdim

172
   167   168   169   170   171   172   173   174   175   176   177