Page 169 - Stiven Kinq
P. 169
Ölü zona

yatdım, digәr üç nәfәr isә elә oradaca hәlak oldu. Sevdiyim qız
әrә getdi. Onun konqresә düşmәk üçün dәridәn-qabıqdan çıxan,
başqa özünәbәnzәr adamlarla böyük oyuncaq qatarda gәzmәyi
arzulayan hüquqşünas әrindәn bir oğlu olub. Halbuki o uşaq
mәnim ola bilәrdi. İki saat sәrasәr ayaq üstә dayansam, mәnә elә
gәlir ki, kimsә dabanımdan düz qarnımacan böyük bir mil yeridib.
Cәnab Allah sadәcә çox zarafatcıldır. Onun yaratdığı dünya yox,
şüşә şarların sәndәn çox ömür sürdüyü әcaib komik operadır. O,
Vyetnam müharibәsindә, görünür, bizim tәrәfimizdә olub, çünki
әvvәldәn dünyanı elә bu cür idarә elәyir.

O, sәnin boynuna missiya qoyub, Conni.
Hansısa yelbeyin әyalәt polisini, gәlәn il yenidәn seçilmәsi
üçün zibildәn qurtarmaq missiyası?
Ondan qaçma, Conni. Mağarada gizlәnmә.
O, gicgahlarını ovuşdurdu. Külәk güclәnirdi. Bir azdan atası
işdәn gәlәcәk. Belә havalarda ehtiyatlı olmaq lazımdır.
Conni ayağa qalxdı, sviterini geyinib bayıra çıxdı. Ağzından
buğ qalxırdı. Anbara doğru yollandı. Sol tәrәfdә bu yaxınlarda,
payızda yardığı odun qalaqlanmışdı; odun parçaları sәliqәylә,
sobanın ölçüsündә kәsilmişdi. Odun qalağının yanında talaşa
doldurulmuş qutu vә köhnә qәzet bağlaması qoyulmuşdu. O çö-
mәlib qәzetlәri bir-bir yoxlayaraq, gözdәn keçirmәyә başladı.
Soyuqdan әllәri üyüşdü, amma o, qәzetlәri vәrәqlәmәyә davam
edәrәk, nәhayәt, axtardığını tapdı. Bu, üç hәftә öncә çıxmış
bazar günü qәzetiydi.
O, qәzeti evә gәtirdi, onu mәtbәx stolunun üstünә sәrib,
gözdәn keçirmәyә başladı. Onu maraqlandıran mәqalәni tapıb
oxumaq üçün oturdu.
Mәqalә bir neçә şәkillә müşayiәt olunurdu. Bunlardan
birindә qapını bağlayan qarı, digәrindә adamsız küçәdә polis
maşını, başqa iki şәkildә isә, demәk olar ki, boş mağazalar tәsvir
olunmuşdu. Başlıqda deyilirdi: KASL-ROKLU ADAMBOĞAN
OVU DAVAM EDİR... VƏ HƏLƏ DƏ DAVAM EDİR.
Mәqalәdә deyilirdi ki, beş il әvvәl yerli restoranda xidmәtçi
işlәyәn gәnc qadın Alma Freçet işdәn evә dönәrkәn yolda
zorlanmış vә boğulub öldürülmüşdür. Ştat prokurorluğu vә Kasl-
Rok polisi birgә tәhqiqat aparmışlar. Nәticә sıfırdır. Növbәti ildә

169
   164   165   166   167   168   169   170   171   172   173   174