Page 166 - Stiven Kinq
P. 166
ven Kinq

– Soyadım Bannermandır. Kasl-Rokun şerifi Corc Bannerman, –
o öskürdü, – mәnim, necә deyәrlәr... sizә tәklifim var.

– Bu nömrәni sizә kim verib?
Bannerman yenidәn öskürdü.
– Belә deyәk, mәn onu öyrәnә bilәrdim, necә olmasa da,
polisdә işlәyirәm vә hazırda bir işin tәhqiqatını aparıram. Sözün
düzü, nömrәnizi mәnә bir dostunuz verib. Veyzak soyadlı bir
hәkim.
– Mәnim nömrәmi Veyzakın özü verib?
– Elәdir ki var.
Tamamilә karıxmış Conni telefonun yanındaca oturdu. İndi
Bannerman soyadı ona nәyisә xatırladırdı, bu yaxınlarda hәmin
soyada qәzetin bazar әlavәsindә rast gәlmişdi. Bannerman Paunal-
dan xeyli qәrbdә, göllәr olan әrazidә yerlәşәn Kasl qraflığının
şerifi idi. Qraflığın mәrkәzi – Kasl-Rok Norveçdәn otuz, Brictondan
isә iyirmi mil aralıda yerlәşirdi.
– Tәhqiqat aparırsınız?
– Elәdir. Fikirlәşdim ki, bәlkә, sizinlә bir fincan qәhvә içә
bilәrik...
– Semә bir şey olmayıb ki?
– Yox. Doktor Veyzakın bu işә aidiyyәti yoxdur, – Bannerman
dedi, – o, mәnә zәng edib, sizin adınızı verdi. Bu... e-e... haradasa
bir ay bundan әvvәl olub. Doğrusu, әvvәlcә elә bildim ki, o
havalanıb. İndi isә özümüz dә dәli olmaq dәrәcәsinә gәlmişik.
– Nәyә görә? Mister... şerif Bannerman, başa düşmürәm,
siz nә haqda danışırsınız?
– Biz, doğrudan da, görüşüb bir fincan qәhvә içsәk yaxşıdır –
Bannerman dedi, – bәlkә, elә bu axşam görüşәk? Brictonun Əsas
küçәsindә “Conun yanında” adlanan yaxşı bir kafe var. Özü dә
düz bizim yaşadığımız şәhәrlәrin arasında yerlәşir.
– Yox, bağışlayın, – Conni dedi, – mәn söhbәtin nәdәn
getdiyini bilmәliyәm. Bәs nә üçün doktor Veyzakın özü mәnә
zәng etmәyib?
– Belә çıxır ki, siz qәzetlәri oxumursunuz, – Bannerman
köks ötürdü.
O, sәhv edirdi. Conni özünә gәlәndәn bu yana, zamanla
ayaqlaşmaq üçün özünü bütün qәzetlәri oxumağa mәcbur edirdi.

166
   161   162   163   164   165   166   167   168   169   170   171