Page 168 - Stiven Kinq
P. 168
ven Kinq

itib-batır. Dünyada hәr şey keçicidir. Hәm uşaqların, hәm dә
böyüklәrin karına gәlә bilәcәk çox az şeylәr var. Pal-paltar irsәn
kimәsә ötürülür vә ya Xilas ordusuna verilir; siferblatında ördәk
Donaldın şәkli olan saatın yayı çıxır; kovboy çәkmәlәri sürtülüb
dağılır. Yay düşәrgәsindә özünün düzәltdiyi kağız portmanatı
yenisi, әsl dәridәn hazırlanmış portmanat әvәzlәyir, özünün
qırmızı uşaq arabacığını vә velosipedini isә böyük oyuncaqlarla –
maşınla, tennis raketkasıyla dәyişdirirsәn. Uşaqlıqdan adama çox
az şeylәr qalır. Bir neçә kitab, uğur gәtirәn sikkә, marka
kolleksiyası...

Hә, bir dә ata-anasının evindәki yolka üçün oyuncaqlar.
Hәmin boyası tökülmüş mәlәklәr vә yolkanı bәzәmәk üçün
folqadan kәsilmiş hәmin ulduz; şüşә şarlar batalyonundan salamat
qalmış taqım (qәhrәmancasına hәlak olmuşları unutmamalı;
onlardan birini o özü әzmişdi, digәri yolkaya asarkәn atasının
әlindәn döşәmәyә düşüb çiliklәnmişdi, üçüncüsü – üzәrindә
Vifleem ulduzu çәkilmiş qırmızı şar isә bir dәfә oyuncaqları çar-
daqdan endirәrkәn sınmışdı. Buna görә o, xeyli göz yaşları
axıtmışdı). Conni bәzәn gicgahlarını ovuşduraraq fikirlәşirdi ki,
keçmişin bu sonuncu qalıqlarıyla biryolluq üzülüşmәk, bәlkә dә,
daha yaxşı, daha şәfqәtli bir әmәl olardı. Köhnә kitablar sәni bir
daha uşaqlığında olduğu kimi hәyәcana gәtirmәyәcәk. Uğur
sikkәsi zәrbәlәrdәn vә tәhqirlәrdәn yayındıra bilmәdi. Yolka
oyuncaqlarına baxarkәn, haçansa burada ananın olduğunu yadına
salırsan; o, hamıya yolkanı necә bәzәmәyi öyrәdirdi; deyәsәn, o,
“bir azca yuxarı”, “bir az aşağı”, “әzizim, sol tәrәfdә bәr-bәzәk
çox oldu” sözlәriylә sәnin hövsәlәni daraltmağı xoşlayırdı – sәn
isә әmәlli-başlı hirslәnirdin. Oyuncaqlara baxarkәn, bu dәfә
onları ikilikdә asdığınızı, ananın ağlını itirib ölmәsini xatırlamaya
bilmirsәn. Zәrif oyuncaqlar isә hәlә dә buradadır, evin arxasındakı
meşәlikdәn kәsilmiş yeni il yolkasını bәzәyirlәr. Mәgәr sәn, ilin
başqa vaxtlarından fәrqli olaraq, yeni il bayramlarında intihar
hallarının daha çox olmasını bilmirsәn? Tәәccüblәnmәyә dәyәrmi?
Tanrı sәnә nә böyük güc verib, Conni.
Hә dә, Tanrı mәnә çox şeylәr verdi. O, mәni maşının qabaq
şüşәsindәn çölә fırlatdı, mәn ayağımı sındırdım, beş il komada

168
   163   164   165   166   167   168   169   170   171   172   173