Page 170 - Stiven Kinq
P. 170
ven Kinq
hәmin Kasl-Rokun Karbayn-strit әrazisindәki evin üçüncü mәrtә-
bәsindә yerlәşәn kiçik mәnzildә yaşlı qadın meyiti aşkarlanmışdır –
onu da zorlayaraq öldürmüşdülәr. Bir ay sonra qatil yenә üzә
çıxıb: bu dәfә onun qurbanı mәktәbli qız olub.
FTB-nin iştirakı ilә aparılan yeni, daha әhatәli tәhqiqat da
nәticәsiz qalıb. Növbәti seçkilәrdә az qala vәtәndaş müharibәsindәn
bu yana qraflığın baş asayiş keşikçisi olan şerif Karl M.Kelsonu
işindәn uzaqlaşdırıb, onun yerinә Corc Bannermanı seçmişdilәr.
Bannerman “Kasl-Roklu adamboğanı әlә keçirәk” şüarı altında
keçirilәn çılğın kompaniyanın dalğasında vәzifәyә gәlmişdi.
Üstündәn iki il keçir. Cinayәtkar tutulmur, amma qәtllәr bir
müddәt ara verir. Sonra yanvar ayında iki oğlan uşağı on yeddi
yaşlı Kerol Danbargerin meyitini tapır. O, valideynlәrinin әrizәsinә
әsasәn itkin düşmüş sayılırdı. Oxuduğu mәktәbdә daim başı
qaldaymış – dәrslәrә gecikirmiş, mәşğәlәlәri buraxırmış, bir dәfә
isә evdәn qaçıb, düz Bostona gedib çıxıbmış. Bannerman da, ştat
polisi dә belә hesab edirdilәr ki, Kerol şossedә maşın saxladıb vә
bu, elә qatilin maşını olub. Qışın ortasında havalar qәfildәn
istilәşib vә bu, qızın meyitini tapmağa şәrait yaradıb – iki oğlan
onu Strimer axarının yaxınlığında tapıblar. Ştatın baş patolo-
qoanatomunun sözlәrinә görә, o, tәxminәn iki ay öncә öldürülüb.
Nәhayәt, noyabrın ikisindә daha bir qәtl hadisәsi baş verib.
Bu dәfә qurban Kasl-Rok ibtidai mәktәbinin müәllimi Etta
Rinqold olub. Şәhәrdә onu çox sevirmişlәr. O, hәyatı boyu yerli
metodist kilsәsinin üzvü olub, elmi dәrәcәsi varmış, xeyriyyә
tәşkilatlarında nüfuz sahibiymiş. Robert Brauninqin pәrәstişkarı
imiş. Onun cәsәdini tәzә çәkilmiş vә hәlә asfaltlaşdırılmamış yo-
lun altından qoyulmuş borunun içindәn tapıblar. Bu, Yeni İngil-
tәrәnin bütün şimal hissәsindә hiddәt vә qәzәb dalğası oyadıb.
İnsanlar bostonlu qatil Albert de Salvonu xatırlayırdılar, amma
bu paralellәr ümumi hiddәtә tәsir edә bilmәzdi. O qәdәr dә uzaq-
da yerlәşmәyәn Nyu-Hempşir ştatı, Mançester şәhәrindә Uilyam
Leyblin nәşr etdiyi “Yunion lider” qәzeti ehtirasları daha da
qızışdırdı; redaksiya mәqalәsinin başlığı belәydi: “QONŞU
ŞTATIN AVARA POLİSLƏRİ”.
Köhnә, altı hәftә bundan öncә nәşr edilmiş, ot vә odun
qoxuyan qәzetdә, adlarının çәkilmәmәsi şәrtilә vәziyyәtә aydınlıq
170