Page 173 - Stiven Kinq
P. 173
Ölü zona

ki, şerif mәni lağa qoydu. Əgәr birisi mәnim tәklifimi lağa
qoyursa, bu, o demәkdir ki, tәklifdәn imtina edilib.

Conni sәrbәst әliylә gicgahını ovuşduraraq gözlәrini yumdu.
– Axı niyә, Sem? Siz axı mәnim bu mәsәlәlәrә münasibәtimi
bilirsiniz. Axı siz özünüz mәnә heç yana çıxmamağı mәslәhәt
görmüşdünüz. Hәr halda, şayiәlәr sәngiyәnә kimi. Bu, sizin
sözlәrinizdir.
– Bu, qәzetdәki mәqalәyә görәdir, – Sem boynuna aldı, –
öz-özlüyümdә fikirlәşdim: Conni o tәrәflәrdә yaşayır. Beş
öldürülmüş qadın. Beş. – Veyzak әmәllicә karıxmışdı, aramla,
ara verә-verә danışırdı, – iki qız uşağı. Gәnc ana. Brauninqin
pәrәstişkarı olan ibtidai sinif müәllimi. Son dәrәcә bayağı
mәsәlәlәrdir, deyilmi? O qәdәr bayağıdır ki, bundan nә film çәk-
mәk, nә dә televiziya verilişi hazırlamaq olar. Buna baxmayaraq,
bu, gerçәklikdir. Xüsusәn dә müәllimin taleyinә acıyıram. Onu
zibil torbası kimi boruya soxublar...
– Sizin fantaziyalarınız vә vicdanınızın sizә әziyyәt vermәsi
mәni maraqlandırmır. Sizin haqqınız yoxdur, lәnәt şeytana... –
Conni xırıltılı sәslә dedi.
– Bәlkә dә, elәdir.
– “Bәlkә”, elәdir?
– Conni, özünüzü necә hiss edirsiniz? Sәsiniz...
– Yaxşı hiss edirәm! – Conni qışqırdı.
– Sәsinizә görә elә deyil.
– Başım bәrk ağrıyır, burada tәәccüblü nә var? İsa Mәsih
xatirinә, mәni rahat buraxın. Mәn sizә ananız haqqında danışanda,
siz axı ona zәng etmәdiniz, deyilmi? Amma demişdiniz ki...
– Mәn dedim ki, itirmәk tapmaqdan yaxşıdır. Amma hәmişә
yox, Conni. Bu cinayәtkar kimdirsә, onun psixikası son dәrәcә
pozulub. O, özünü öldürmәyә dә qadirdir. Yәqin, qәtllәr iki il ara
verәrkәn, polislәr belә dә düşünüblәr. Ancaq maniakal-depressiv
şәxslәr bәzәn uzun müddәt sakit dayanırlar. Bu, “normallıq
platosu” adlanır. Bundan sonra isә onun әhvali-ruhiyyәsindә tez-
tez dәyişikliklәr olur. Keçәn ay müәllimi qәtlә yetirdikdәn sonra
o, intihar edә bilәrdi. Amma bәs yaşayırsa, necә? O, daha bir
qadını öldürә bilәr. Vә ya ikisini. Yaxud üçünü. Vә ya...
– Bәsdir.

173
   168   169   170   171   172   173   174   175   176   177   178