Page 177 - Stiven Kinq
P. 177
Ölü zona

Bannerman enlikürәk, genişalınlı, qara qıvırcıq saçları olan bir
kişi idi. Sağanaqsız gözlüyü ona qәribә görkәm verirdi.

– Biz müxtәlif versiyalar üzәrindә işlәyirik, – ekrandakı
Bannerman dedi.

– Alo. Mister Smit? – Dәstәkdәn şerifin sәsi gәldi.
Yenә dә bu ikili hisslәr. Bannerman eyni vaxtda iki yerdәydi.
Hәtta iki zamandaydı. Bir anlığa Conninin gözlәri axdı. Bunu
yaşamaq dәhşәt idi. Sanki yarmarkadasan vә rus tәpәciklәrindә
sürüşürsәn vә ya göydәn asılmış karuseldә yellәnirsәn.
– Mister Smit, mәni eşidirsiniz?
– Hә, eşidirәm, – Conni udqundu, – mәn fikrimi dәyişdim.
– Afәrin! Bunu eşitmәyimә çox şadam.
– Amma bilmirәm, sizә kömәyim dәyәcәk, ya yox.
– Aydındır. Ancaq neylәmәk olar, qurddan qorxan meşәyә
getmәz – Bannerman boğazını arıtladı, – camaat mәnim falçıya
müraciәt etdiyimi bilsә, qanım batdı, onlar mәni “uf” demәdәn
şәhәrdәn qovarlar.
Conni gülümsәdi.
– Hәm dә biabır olmuş falçıya.
– Siz Brictondakı “Conun yanında” kafesini tanıyırsınız?
– Taparam.
– Gәlin saat sәkkizdә orada görüşәk.
– Görüşәk deyirsiniz, görüşәk dә.
– Sağ olun, mister Smit.
– Dәymәz.
Conni dәstәyi asdı. Herbert diqqәtlә oğluna baxırdı. Qonaq
otağında televizorun ekranı parlayır, yerli xәbәrlәrin başlıqları
sәslәndirilirdi.
– O, sәnә zәng etmişdi?
– Hә, Sem Veyzak ona deyib ki, mәnim kömәyim dәyә
bilәr.
– Bәs sәn özün nә düşünürsәn?
– Bilmirәm, – Conni cavab verdi. Başının ağrısı azalmışdı.
O, on beş dәqiqә gecikdi. Deyәsәn, “Conun yanında” kafesi
Brictonun әsas küçәsindә hәlә bağlanmamış yeganә yer idi.
Qartәmizlәyәnlәr qar tәpәciklәrini tәmizlәyib qurtarmamışdılar,
yolun bәzi yerlәri keçilmәz olmuşdu. 302-ci vә 117-ci avtostradaların

177
   172   173   174   175   176   177   178   179   180   181   182