Page 179 - Stiven Kinq
P. 179
Ölü zona

di yuxuya vermәk barәdә fikirlәşirsiniz, amma bunu qızınıza necә
izah edәcәyinizi bilmirsiniz.

Bannerman çәngәli әlindәn saldı vә ağzını ayırıb, Conninin
üzünә dikildi.

– İşә bax, – o dedi, – bütün bunları elә indicә öyrәndiniz?
Elә indicә?

Conni başını yellәdi. Bannerman nәsә mızıldanıb, gözlәrini
bәrәltdi:

– Bәli, eşitmәklә görmәk başqa-başqa şeylәrdir... Bәs bu,
sizi yormur?

Conni, Bannermana tәәccüblә baxdı. Əvvәllәr heç kim ona
bu cür sual vermәmişdi.

– Siz haqlısınız. Çox yorur.
– Bunu necә bildiniz? İşә bir bax!
– Qulaq asın, şerif...
– Corc. Mәni sadәcә Corc deyә çağırın.
– Yaxşı, elә isә, siz dә mәnә Conni deyin, sadәcә Conni.
Belә, Corc, әslindә mәnim sizin haqqınızda bilmәdiklәrim beş
cildә sığar. Mәn sizin haralı olduğunuzu, hansı polis mәktәbini
bitirdiyinizi, kimlәrlә dostluq etdiyinizi, harada yaşadığınızı
bilmirәm. Ancaq bilirәm ki, kiçik qızınız var, deyәsәn, adı Ketidir.
Hәr halda, buna bәnzәr adı var. Sizin keçәn hәftә harada dincәl-
diyinizi, hansı pivәni sevdiyinizi, hansı televerilişi xoşladığınızı
isә bilmirәm.
– Qızımın adı Katrinadır, – Bannerman sakit sәslә dedi, – yeri
gәlmişkәn, onun doqquz yaşı var. Meri Ket onun sinif yoldaşı idi.
– Demәk istәyirәm ki, mәnim bacarığım... bir qәdәr mәh-
duddur. Ölü zonaya görә.
– Hansı ölü zonadan danışırsınız?
– Oradan, necә deyim, bәzi siqnallar gәlib yetişmir, – Conni
aydınlıq gәtirdi, – mәn küçәlәrin adlarını vә ünvanları heç cür
tuta bilmirәm. Rәqәmlәrlә dә çәtinliyim var, hәrçәnd bәzәn onları
da deyә bilәrәm. – Ofisiant Conniyә çay vә “çili” gәtirdi. O,
“çili”dәn dadıb razılıqla başını tәrpәtdi. – Siz haqlısınız, dadlıdır.
Xüsusәn dә belә axşamda.
– Nuş olsun, – Bannerman dedi, – әsl “çili” mәnim zәif yerim-
dir. Ancaq elә birinci qaşıqdan mәdәm üsyan qaldırır. Mәnsә ona
deyirәm: açıl başımdan... vә yeyirәm, yeyirәm.

179
   174   175   176   177   178   179   180   181   182   183   184