Page 182 - Stiven Kinq
P. 182
ven Kinq

– Elәdir ki var, – Bannerman dedi, – başınız, doğrudan da,
yaxşı işlәyir.

– Bәs qutunun üzәrinә hansı ticarәt nişanı vurulmuşdu?
– Men ştatının. – Bannerman dedi.
– Demәli, әgәr qatil vә siqaret sahibi eyni adamdırsa... –
Conni fikirli-fikirli dillәndi.
– Əlbәttә, nәzәri olaraq başqa variant da mümkündür. –
Bannerman çiyinlәrini çәkdi. – Mәn tәsәvvürümә gәtirmәyә
çalışdım: şaxtalı qış sәhәrindә daha kim bu qәdәr vaxtı burada
oturub gözlәyә bilәrdi? Axı onun on iki vә ya on altı siqaret
çәkmәyә vaxtı olub.
– Vә uşaqlardan heç kim onu görmәyib? – Conni çaydan bir
qurtum aldı.
– Yox, – Bannerman dedi, – bu gün sәhәr kitabxanaya
getmiş bütün uşaqlarla söhbәt etmişәm.
– Bu, qutunun üzәrindә әl izlәrinin olmamasından da
qәribәdir. Sizә elә gәlmirmi?
– Qәribә olmaqdan çox dәhşәtlidir. Tәsәvvür edin ki, o
oturub, uşağın gәlmәsini gözlәyir... qızın... uşaq tәk deyilsә, o
bunu uzaqdan eşidir. Vә hәr dәfә estradanın arxasında gizlәnir.
– Bәs izlәr? – Conni soruşdu.
– Nә iz? Sәhәr hәlә qar yağmamışdı. Torpaq donmuşdu. Bu
axtalanmalı psix isә hәmin vaxt estradanın arxasında gizlәnibmiş.
Sәkkiz әlli radәlәrindә Piter Harrinqton vә Melissa Loqqins
gәlirlәr. Mәktәbdә mәşğәlәlәr artıq iyirmi dәqiqәydi ki, başlamışdı.
Uşaqlar gözdәn itәn kimi o, yenidәn öz yerinә qayıdır. Saat
doqquz on beş dәqiqәdә o, bir daha estradanın arxasına keçir. Bu
dәfә iki qız gәlir: Syuzen Flarxeti vә Katrina Bannerman.
Conninin qolu boşaldı, fincan taqqıltıyla stola düşdü. Ban-
nerman gözlüyünü çıxarıb onu cidd-cәhdlә silmәyә başladı.
– Sizin qızınız o yerdәn keçib? Aman Tanrım!
Bannerman gözlüyünü taxdı. Onun sifәti qәzәbdәn alışıb-
yanırdı. Conni düşündü ki, bu, hәm dә qorxudandır. Ancaq bu
qorxu nә seçicilәr, nә dә Men ştatının yelbeyin polislәri haqqında
cәfәng yazılar yazan “Yunion lider” qәzeti ilә bağlı idi, o, bu gün
sәhәr qızı kitabxanaya tәk getsәydi, başına nә gәlәrdi, bax bu
barәdә düşünmәkdәn qorxurdu...

182
   177   178   179   180   181   182   183   184   185   186   187