Page 186 - Stiven Kinq
P. 186
ven Kinq
– Hә, özümüzü işә saldıq, nә demәk olar, – Bannerman
mәyus oldu, – And olsun Allaha, onların bütün gecәni burada
avaralanacaqları heç ağlıma da gәlmәzdi. Sizi arxa qapıdan
keçirmәk lazım idi.
– Əşi, eybi yoxdur, – Conni kәdәrlә dedi, – mәgәr bizim
reklamı çox sevdiyimizi bilmirsiniz? Biz özünüreklam üçün eks-
trasens oluruq.
– Şübhә edirәm, – Bannerman dedi, – hәr halda, bu, sizә aid
deyil. Hm, işә düşdük. Daha neylәmәk olar?
Conni artıq qәzet başlıqlarını tәsәvvür edirdi: “KASL-
ROKUN ŞERİFİ YERLİ EKSTRASENSİ CİNAYƏT İŞİNİ
ARAŞDIRMAĞA CƏLB EDİR”. “ÖNCƏDƏNGÖRƏN
NOYABR QATİLİNİN İZİNƏ DÜŞÜB”. ”FIRILDAQÇILIĞIM
BARƏDƏ ETİRAFLARIM SAXTADIR” – SMİT BƏYAN
EDİR.
Kabinetin girәcәyindә şerifin iki kömәkçisi oturmuşdu. On-
lardan biri mürgü döyür, ikincisi isә kofe içә-içә qaşqabaqla
mәlumatları nәzәrdәn keçirirdi.
– Nәdir, onu arvadı evdәn qovub? – Başıyla yatana işarә
edәn Bannerman әsәbiliklә dedi.
– O, az әvvәl Oqastadan qayıdıb, – kömәkçi cavab verdi. O,
hәlә lap gәnc idi, yorğunluqdan gözlәri çuxura düşmüşdü. Conniyә
maraqla baxırdı.
– Conni Smit. Frenk Dodd. Bu yatan gözәlin adı isә Rosko
Fişerdir.
Conni başını tәrpәdib, salam verdi.
– Rosko deyir ki, baş prokuror işi tәlәb edir, – Dodd Banner-
mana dedi. Polisin sifәtindәn hirs vә dotәlәblik yağırdı, bununla
belә, karıxmış kimi görünürdü, – yaxşı Yeni il hәdiyyәsidir,
deyilmi?
Bannerman yüngülcә Doddun boynunun ardından vurdu.
– Bu qәdәr narahat olmağa dәymәz, Frenk.
– Bu mәlumatlarda nәsә bir şey olmalıdır axı... – Dodd çi-
yinlәrini çәkib, әlini kağız qalağına vurdu, – nәsә xırda bir şey.
– Get evә, Frenk, bir az dincәl. Bu yatan gözәli dә apar. Bir
o çatmırdı ki, reportyorlardan kimsә onun şәklini çәksin vә sәhәr
qәzetә belә bir manşet versin: “KASL-ROKDA TƏHQİQAT
186