Page 188 - Stiven Kinq
P. 188
ven Kinq

– Ümid edirәm ki, patrul maşınında sәni dә yuxu tutmayacaq, –
Bannerman dedi, – Dinaya salam deyәrsәn.

– Mütlәq.
Fişer bir anlığa Conniyә baxıb, qapını örtdü.
– Nә isә, – Bannerman dedi, – hәr halda, cәhd elәdik. Mәn
sizi apararam...
– Mәn parka baxmaq istәrdim – Conni onun sözünü kәsdi.
– Mәnası yoxdur. Orada qar dizә çıxır.
– Amma siz o yeri tapa bilәrsiniz, deyilmi?
– Əlbәttә. Ancaq bunun nә xeyri var axı?
– Bilmirәm. Hәr halda, gәlin ora gedәk.
– Qәzetçilәr arxamızca düşәcәklәr. Bunu yәqin bilin.
– Siz deyirdiniz ki, binanın arxa qapısı var.
– Var. Qәza çıxışı. Bu qapıdan içәri girmәk mümkündür, am-
ma bu yolla çıxsaq, siqnalizasiya işә düşәcәk.
Conni fit çaldı.
– Cәhәnnәmә ki, qoy gәlsinlәr.
Bannerman bir neçә saniyә sınayıcı nәzәrlәrlә onu süzәrәk,
nәhayәt, dillәndi:
– Getdik.
Kabinetdәn çıxan kimi reportyorlar yerlәrindәn sıçrayıb,
onları dövrәyә aldılar. Conninin yadına birdәn Daremdәki tühaf
qarının öz kollilәrini saxladığı köhnә it damı düşdü. Onun
yanından әlindә tilov tutmuş adam keçәrdisә, itlәr dәrhal damı
tәrk edib, onu qorxuya salardılar. Onlar heç dişlәmirdilәr dә,
sadәcә adamın ayağından tutub dartışdırırdılar.
– Conni, onun kim olduğunu bilirsiniz?
– Bu barәdә nә kimi fikirlәriniz var?
– Biotoklar nә göstәrir?
– Şerif, eksrasensi siz dәvәt etmisiniz?
– Şerif Bannerman, ştat polisinin vә baş prokurorun bundan
xәbәri var?
– Conni, bu işi çözәcәyinizә inanırsınız?
– Şerif, siz artıq onu kömәkçi götürmüsünüz?
Bannerman gedә-gedә yaxasını düymәlәyәrәk, qәtiyyәtlә
özünә yol açırdı.

188
   183   184   185   186   187   188   189   190   191   192   193