Page 190 - Stiven Kinq
P. 190
ven Kinq

Onlar bir qәdәr dә irәlilәdikdәn sonra Bannerman dayandı.
– Buradır, – o dedi vә üstündә qar tәpәlәnmiş oturacağı
göstәrdi. Conni әlcәklәrini çıxardı, onları paltosunun cibinә
qoyub, dizlәri üstә çökdü vә oturacağın qarını tәmizlәmәyә
başladı. Onun yorğun, ağarmış sifәti Bannermanı yenә dә
tәәccüblәndirdi. Conni indi әsl mömin insanlara oxşayırdı.
Conninin әllәri soyuqdan sızıldayırdı. Qar әllәrinin altında
әriyirdi. Nәhayәt, o, kәlә-kötür, qurumuş ağaca çatdı. Qәfildәn
gözlәri önündә hәr şey, böyüdücü şüşәnin altındaymış kimi,
dәqiqliklә canlandı. Oturacaq haçansa yaşıl rәngә boyanıbmış,
vaxt ötdükcә rәngi soluxub, qopmuşdu. Oturacaq iki paslı polad
boltla bәrkidilmişdi. O, oturacaqdan ikiәlli yapışdı vә birdәn
onda izah edilmәsi mümkün olmayan bir hiss yarandı. Əvvәllәr
heç vaxt bu cür hiss keçirmәmişdi vә belә bir hisslә sonralar
yalnız bir dәfә qarşılaşdı. O, oturacağı var gücüylә sıxır, alnını
qırışdıraraq ona baxırdı. Bu...
(Yay skamyası)
Yüzlәrlә adam burada әylәşib, “Tanrım, Amerikanı qoru “,
“Ulduzlar vә zolaqlar” (“İncitmә öz dostlarını... bu ördәyin dә,
yәqin, ba-la-ları var...”) vә deyәsәn, kasl-roklu “Panter”lәrin
ifasında hәrbi marşa qulaq asırlar. Yaşıllıq, yüngül payız dumanı –
bu, havada uçan püfә, toranlıqda ot yığan insanlar haqqında
xatirәlәr oyadır. Böyük baraban gumbultusu. Qızılı musiqi
trubalarının vә trambonların çıxardığı zәrif sәslәr. Uniforma
geymiş mәktәbli-orkestrantlar...
(“... bu ördәyin dә, yәqin, ba-la-ları var...”).
Qayğısız kütlә oturub dinlәyir, alqışlayır, hamı әlindә yerli
mәktәbin bәdii emalatxanasında hazırlanmış proqram tutmuşdur.
O sәhәr isә burada qatil oturubmuş. Conni onu hiss edirdi.
Qar yağacağını bildirәn bozumtul göy üzündә ağacların
insan әllәrinә oxşayan budaqları görünür. Mәn (o) burada
oturmuşam, siqaret tüstülәdirәm, gözlәyirәm, özümü göyün
yeddinci qatında hiss edirәm, sanki mәn (o) dünyanın әn yüksәk
damı üstündәn atlanıb, yumşaqca iki ayağım üstә düşә bilәrәm.
Dodağımın altında mahnı oxuyuram. “Rollinq-stounz”un
repertuarındandır. Anlaya bilmirәm, ancaq bәllidir ki, hәr şey...
bәllidir ki, hәr şey...

190
   185   186   187   188   189   190   191   192   193   194   195