Page 192 - Stiven Kinq
P. 192
ven Kinq

kimi parıldayan birisi. Bir әlinә әlcәk geyib, digәrindә STOP-
İŞARƏ tutub... Odur! Bu odur! Bu odur!

(TANRIM, GÖZƏL TANRIM... MƏNİ XİLAS ET... ANACAN,
MƏNİ ONDAN QU – UR – TAR...)

Conni әllәriylә üzünü tutub qışqırdı vә oturacağın yanında
yerә yıxıldı. Ölümcül qorxuya düşmüş Bannerman onunla yanaşı
aşağı çömәldi. Reportyorlar çәpәrlәmәnin o üzündә hәrәkәtә
gәlib, hay-küy saldılar.

– Conni, bәsdir! Eşidirsinizmi, Conni...
– Hiylәgәrәm, – Conni mızıldandı. O, ağrı vә qorxu dolu
gözlәrini qaldırıb Bannermana baxdı. Xәyalәn o, hәlә dә, qarın
içindәn peyda olan – parıldayan sikkәgözlü qara fiquru görürdü.
Xayasında, uşaqlıqda anasının qatilә işgәncә verdiyi sıxacın küt
ağrısını hiss edirdi. Yox, o, onda nә qatil, nә vәhşi, nә yaramaz,
nә dә, bir dәfә Bannermanın ona dediyi kimi, zibil deyildi. O,
sadәcә olaraq, filan yerindә sıxac olan, qorxudan ağlını itirmiş
uşaq idi.
– Kömәk elәyin qalxım, – Conni güclә dillәndi.
Bannerman ona kömәk etdi.
– İndi isә estradaya baxaq, – Conni dedi.
– Lazım deyil. Qayıtsaq yaxşıdır.
Conni onun әlindәn çıxıb sәndirlәyәrәk, kor kimi estradaya
doğru getdi – estradanın dairәvi kölgәsi qabaqda sәrdabә kimi
qaralırdı. Bannerman özünü Conniyә yetirdi.
– O kimdir? Siz onu tanıyırsınız?
– Qurbanların dırnağının altında qatilin toxuması ona görә
qalmayıb ki, o, plaş geyinibmiş, – tәngnәfәs dillәndi. – Əlinizdәki
mәlumatlara bir dә baxın. Kapyuşonlu plaşdır. Sürüşkәn,
rezinlәşdirilmiş. Hәmin günlәrdә ya yağış, ya da qar yağırmış.
Bәli, qurbanlar onu cırmaqlayırmışlar. Müqavimәt göstәrirmişlәr.
Özü dә necә. Amma barmaqları sürüşürmüş.
– Kimdir o, Conni? Kim?
– Bilmirәm. Amma bilәcәyәm.
Onun ayağı estradaya aparan pillәkәnә ilişdi vә müvazinәtini
itirdi, Bannerman әlindәn tutmasaydı, yerә sәrilәcәkdi. Onlar
sәhnәdә dayanmışdılar. Konik dam örtüyü sayәsindә bura qar

192
   187   188   189   190   191   192   193   194   195   196   197