Page 193 - Stiven Kinq
P. 193
Ölü zona
düşmәmişdi. Bannerman fәnәrini yandırdı vә Conni dizlәri üstә
çökәrәk, yavaş-yavaş irәli getmәyә başladı. Əllәri soyuqdan
qıpqırmızı olmuşdu. Bannermana onlar çiy әt kimi görünürdü.
Conni qәfildәn dayandı vә eynәn izә düşmüş it kimi donub
qaldı.
– Burada, – Conni mızıldandı, – o, bunu burada elәyib.
Vә birdәn yenә gözlәri önündә canlanmalar yarandı: sifәtlәr,
hissiyyatlar, әşyaların konturları. Artan şәhvәt hissi – onu görә
bilәcәklәri üçün bu hiss ikiqat güclәnib. Qızcığaz qıvrılır, qışqırmaq
istәyir. O, әlcәkli әliylә qızın ağzını tutur. Son dәrәcә ehtirasa
gәlib. Mәni necә tutacaqsınız? Mәn görünmәz adamam. Hә,
anacan, necәdir, bu murdar sәni qane edirmi?
Conni irәli-geri lәngәr vuraraq inildәyirdi.
(Parçalanan paltar sәsi. Nәsә isti, yaş bir şey. Qandırmı?
Spermadırmı? Yoxsa sidikdir?)
Conninin bütün bәdәni әsirdi. Saçları üzünә tökülmüşdü.
Onun sifәti. Əhatәsindә kapyuşon, qıc olmuş sifәti... onun (mәnim)
әllәri orqazm anında qurbanın boynunda bir-birinә kilidlәnir vә
sıxır... sıxır... sıxır...
Canlanmalar zәiflәdi vә әllәri taqәtdәn düşdü. O, üzüüstә
düşüb, ağlaya-ağlaya sәhnәyә sәrәlәndi. Bannerman onun çiyninә
toxununca Conni qışqırdı vә kәnara sıçradı. Sifәti qorxudan
әyilmişdi. Ancaq gәrginlik getdikcә azalmağa başlayırdı. O,
başını alçaq blüstradaya qoyub, gözlәrini yumdu. Bәdәni qaçış
itlәrininki kimi titrәyirdi. Paltosu vә şalvarı qara bulaşmışdı.
– Bunu kimin elәdiyini bilirәm, – o dedi.
On beş dәqiqә sonra Conni Bannermanın kabinetindә
oturmuşdu. O, alt geyiminә kimi soyunub, portativ qızdırıcıya
lap yaxın әylәşmişdi. Yenә hәminki kimi donmuş, yazıq
görkәmdәydi, ancaq artıq titrәtmәsi keçmişdi.
– Bәlkә, kofe içәsiniz?
Conni başını buladı.
– Bәdәnim götürmür.
– Qulaq asın, – Bannerman stula oturdu, – siz, doğrudan,
nәsә öyrәndiniz?
– Onları kimin öldürdüyünü bilirәm. Siz onsuz da gec-tez
onu әlә keçirәcәkdiniz. Sadәcә olaraq, o, çox yaxındadır, sizsә
193