Page 198 - Stiven Kinq
P. 198
ven Kinq Xidmәtdә olmayıb
İkihәftәlik mәzuniyyәtdә olub
Çeril Moudi (mәktәbli) Patrul xidmәtindә olub
14.00 16.12.71 Xidmәtdә olmayıb

Kerol Danbarger (tәlәbә)
(?) 11.74

Etta Rinqold (müәllimә)
29 (?) 10.75

Meri Ket Hendrasen
10.10 17.12.75

Ölümlәrin vaxtı ekspertizanın gәldiyi qәnaәt әsasında,
tәxmini göstәrilmişdir.

***

– Düz deyirsiniz, bu, hәlә heç nәyi sübut etmir, – Conni ra-
zılaşdı, – amma şübhәni dә onun üzәrindәn götürmür. Bannerman
barmağını cәdvәlә toxundurdu.

– Miss Rinqold öldürülәn zaman o, iş başında olub.
– Tutaq ki, elәdir. Əgәr qadın, doğrudan da, oktyabrın
iyirmi doqquzunda öldürülübsә. Bu, iyirmi sәkkizindә dә, iyirmi
yeddisindә dә ola bilәrdi O, iş başında olubsa belә, heç nә
dәyişmir. Polisdәn şübhәlәnmәk kimin ağlına gәlәr?
Bannerman diqqәtlә cәdvәli nәzәrdәn keçirirdi.
– Bәs fasilә necә olsun? – Conni soruşdu. – Üç il fasilә?
– Yetmiş üçüncü – yetmiş dördüncü illәrdә Frenk burada öz
vәzifә sәlahiyyәtlәrini yerinә yetirib, – Bannerman kartoçkaları
әllәşdirәrәk dedi, – özünüz görürsünüz.
– Bilmәk olmaz, bәlkә, hәmin qış onda fәallıq şiddәtli hәd-
dә çatmayıb? Bildiyimiz kimi, belә hallar olur...
– Bildiyimiz kimi, biz heç nә bilmirik, – Bannerman onun
sözünü kәsdi.
– Bәs yetmiş ikinci il? Yetmiş ikinin sonu – yetmiş üçün
әvvәllәri? Kartotekada bu periodla bağlı heç nә yoxdur. O, hәmin
vaxtlarda mәzuniyyәtdә olub?
– Yox, – Bannerman dedi, – Frenk vә Tom Harrison adlı bir
oğlan hәmin vaxtlarda Kolorado Universitetinin Pueblodakı

198
   193   194   195   196   197   198   199   200   201   202   203