Page 199 - Stiven Kinq
P. 199
Ölü zona

şöbәsindә “Yerli mühakimә üsulları” kurslarının dinlәyicisi olub.
Kurs ikiaylıq idi. Frenklә Tom oktyabrın on beşindәn yeni ilә
kimi orada olublar. Frenk anasını evdә tәk qoymaq istәmәdiyindәn,
az qala getmәkdәn imtina edәcәkdi. Sözün açığı, deyәsәn, onun
getmәyinә anası razı deyildi. Amma mәn Frenki dilә tutdum. O,
öz karyerasını bizim idarәdә qurmaq istәyir, bunun üçün isә uni-
versitet kursu keçmәk pis olmazdı. Yadımdadır, dekabrda evә
dönәrkәn, Frenkin halı pis idi – virusa yoluxmuşdu. Düz iyirmi
fut arıqlamışdı. O deyirdi ki, getdiyi yerdә heç kim anası kimi
yemәk hazırlaya bilmir.

Bannerman susdu. Görünür, bu hekayәtdә onun özünü dә
düşünmәyә vadar edәn mәqamlar vardı.

– O, mәktәb tәtillәri zamanı xәstәliyinә görә birhәftәlik
mәzuniyyәt götürdü vә yalnız bundan sonra bir qәdәr özünә
gәldi, – Bannerman özünü doğruya çıxarırmış kimi, sözünü
bitirdi, – işә haradasa yanvarın on beşindә çıxdı. Kartotekada
yoxlaya bilәrsiniz.

– Ehtiyac yoxdur. Elәcә dә, sizin növbәti addımınızın nәdәn
ibarәt olacağını demәyә ehtiyac yoxdur.

– Siz haqlısınız, – Bannerman gözlәrini aşağı dikib dedi, –
sizә demişdim ki, bizim işdәn başınız çıxır. Deyәsәn, nә qәdәr
haqlı olduğumu özüm dә bilmirdim. Ya da bilmәk istәmirdim.

O, telefonun dәstәyini götürüb, stolun aşağı siyirtmәsindәn
göy üzlüklü mәlumat kitabçasını çıxartdı. Kitabçanı vәrәqlәyәrkәn
dedi:

– Burada Birlәşmiş Ştatların istәnilәn qraflığının istәnilәn
şerifinin telefon nömrәsi var.

Bannerman lazımi nömrәni tapıb, onu yığdı.
Conni stulda qurcalandı.
– Alo, – Bannerman dedi, – Pueblo Şerif İdarәsidir?..
Danışan Corc Bannermandır, Qәrbi Mendәki Kasl qraflığının
şerifi... Hә, elәdir, Men ştatı. Bağışlayın, kiminlә danışıram?..
Polis Teylor, mәni dinlәyin. Burada, bizdә silsilә qәtllәr baş
verib – zorlama vә boğmaqla. Son beş ildә altı belә hadisә olub.
Bunların hamısı payızın sonlarında vә ya qışın әvvәllәrindә baş
verib. Biz... – O, әzabkeş, yazıq nәzәrlәrlә Conniyә baxıb,
yenidәn gözlәrini aşağı saldı, – biz, sәhv etmirәmsә, yetmiş

199
   194   195   196   197   198   199   200   201   202   203   204