Page 201 - Stiven Kinq
P. 201
Ölü zona

Mәktәbi bitirmәzdәn bir ay әvvәl tam ştata keçmәk üçün raport
verdi, ancaq hәmin vaxt boş yerimiz yox idi. Onda o, özünә
müvәqqәti iş tapdı vә axşamlar Qorem Universitetindә polislәr
üçün oxunan mühazirәlәrә getmәyә başladı. Deyәsәn, miss Dodd
onda da etiraz edirdi – evdә tәk qalmaq istәmirdi; amma bu dәfә
Frenk inad göstәrdi, mәnim kömәyimlә. Əlbәttә, biz onu yetmiş
birinci ilin iyulunda işә götürdük, o vaxtdan bizimlәdir... Siz indi
bunları mәnә deyirsiniz, mәn isә dünәn sәhәr Katrinanın düz
onun yanından keçdiyini xatırlayıram... Bu, mәnim üçün qardaşın
öz bacısına tәcavüzü kimi bir şeydir. Frenk tez-tez bizim evdә
olurdu, bizimlә bir stol arxasında otururdu, bir-iki dәfә, hәtta
balaca Ketini onunla evdә qoymuşduq... sizsә deyirsiniz ki...

Conni arxaya döndü. Bannerman eynәyini çıxarıb, gözlәrini
ovuşdururdu.

– Doğrudan da, sizә bu cür şeylәri görmәk qabiliyyәti veri-
libsә, mәnim sizә yazığım gәlir. Tanrı sizi ikibaşlı inәk kimi
qorxunc yaradıb – bir dәfә yarmarkada belәsini nümayiş etdirirdilәr.
Bağışlayın. Nahaq sözlәrdir.

– Bibliyada deyilir ki, Tanrı öz yaratdıqlarının hamısını
eyni mәhәbbәtlә sevir. – Conni cavab verdi. Onun sәsi azca
titrәyirdi.

– Hә, hә, – Bannerman qaşını hövkәlәyәrәk, başını silkәlәdi, –
o, bunu nümayiş etdirmәk üçün orijinal yol seçib, necә bilirsiniz?

İyirmi dәqiqә sonra telefon zәng çaldı vә Bannerman tez
dәstәyi götürdü. İki-üç söz deyib, bir müddәt dinlәdi.Vә Conninin
gözlәri önündәcә qocalmağa başladı. O, dәstәyi yerinә qoyub,
bir söz demәdәn Conniyә baxırdı.

– Yetmiş ikinci ilin on iki noyabrında, – o, nәhayәt, dillәndi, –

tәlәbәni... onu şossenin yaxınlığındakı sahәdә tapıblar. Adı Anna

Saymonsdur. Zorlanıb vә boğulub. İyirmi üç yaşı varmış.

Spermanın qrupu müәyyәn edilmәyib. Buna baxmayaraq, Conni,

bu, heç nәyi sübut etmir.
– Sizә, hәqiqәtәn dә, әlavә sübutların lazım olduğunu

düşünmürәm, – Conni dedi. – Onu fakt qarşısında qoyun, o, hәr
şeyi boynuna alacaq.

201
   196   197   198   199   200   201   202   203   204   205   206