Page 206 - Stiven Kinq
P. 206
ven Kinq

alırdı. Conninin başı yenә dә getdikcә şişirdi, o düşündü: “axırda
başım, sadәcә olaraq, partlayacaq. Elә partlasa yaxşıdır.”

Dar dәhlizә nimdaş, rәngi getmiş xalça salınmışdı.
Arakәsmәlәrә divar kağızı yapışdırılmışdı. Bannerman bağlı
qapını döyәclәdi. Burada, yuxarıda hava aşağıda olduğundan,
heç olmasa, on dәrәcә aşağıydı.

– Frenk! Bu, mәnәm, Corc Bannerman! Frenk, oyan!
İçәridәn sәs-sәmir gәlmirdi. Bannerman dәstәyi burub,
çiyniylә qapını itәlәdi. Onun әllәri tapançanın dәstәyinә doğru
sürüşdü, ancaq Bannerman onu çıxarmadı. Baxmayaraq ki, bu,
şerifin hәyatını itirmәsinә sәbәb ola bilәrdi. Amma Frenk Doddun
otağında heç kәs yox idi.
Onlar kandarda dayanıb, әtrafa göz gәzdirdilәr. Bu, uşaq
otağı idi. Divar kağızına rәqs edәn klounların vә taxta atların
şәkillәri vurulmuşdu. Kiçik uşaq stulunda oturmuş, parçadan
düzәldilmiş kukla parlayan gözlәrini onlara zillәmişdi.
Künclәrdәn birinә içindә oyuncaqlar olan qutu qoyulmuşdu.
Digәr küncdә dar taxta çarpayı vardı. Çarpayının başına qoyulmuş
qoburlu qayış buranın ab-havasına heç uyuşmurdu.
– Aman Tanrım, – Bannerman sakitcә dedi, – bütün bunlar
nә demәkdir?
– Yardım edin, – aşağıdan Missis Doddun sәsi eşidildi, –
mәnә yardım edin...
– O bilirmiş, – Conni dedi, – lap әvvәldәn, ilk qurban qәtlә
yetirilәndәn bilirmiş. Frenk ona danışırmış. O isә onun işlәklәrini
ört-basdır edirmiş.
Bannerman asta-asta otaqdan çıxıb, qonşu qapını araladı.
Onun baxışlarında çaşqınlıq vә ağrı ifadә olunmuşdu. Qonaq
otağı da boş idi. O, anbarın qapısını açdı, ancaq burada içindә
siçan dәrmanı olan nimçәdәn başqa heç nә görmәdi. Növbәti
qapı. Hәlә tәmir olunmamış otaq elә soyuq idi ki, Bannermanın
ağzından buğ çıxırdı. O, әtrafa boylandı. Qarşısındakı pillәlәr
başqa bir otağa aparırdı. Oraya yönәldi. Conni dә onun arxasınca
getdi. Qapı bağlı idi.
– Frenk! Buradasan? – Şerif qapının dәstәyini tәrpәtdi. –
Frenk, qapını aç!

206
   201   202   203   204   205   206   207   208   209   210   211