Page 208 - Stiven Kinq
P. 208
ven Kinq

Frenk Dodd bura qalxıb öz boğazını kәsmişdi, necә deyәrlәr,
bu qulağından o qulağınacan, külәk isә bu zaman bayırda elә
vıyıldayırdı ki, elә bil bütün qara qüvvәlәr yerin dәrinliklәrini
tәrk edib. On iki il әvvәl, qazanxanada borular partlayanda, sızan
su şırnağına atası “yaxşı fontandır” demişdi. Bu da pis fontan
deyil. Düz tavana dirәnib.

Conniyә elә gәldi ki, o vaxt hәmin mәnzәrәni görәrkәn,
qışqırdı. Ancaq buna әmin deyildi. Bәlkә dә, o, daxilәn qışqırmışdı.
Amma o, gerçәkdәn çığırmaq, bu çığırtıya ürәyini parçalayan
bütün dәhşәtlәri, ağrı-acını qatmaq istәyirdi.

Amma elә bu mәqamda Conni sanki qaranlıq zirzәmiyә
yuvarlanmağa başladı. Bu yuvarlanmaya özü dә sevinirdi. O,
huşunu itirdi.

“Nyu-York Tayms”, 19 dekabr, 1975-ci il:
MEN ŞTATINDAN OLAN EKSTRASENS, CİNAYƏTİN
BAŞ VERDİYİ YERƏ BAXIŞ KEÇİRDİKDƏN SONRA

ŞERİFİ ONUN ÖZ QATİL KÖMƏKÇİSİNİN EVİNƏ
GƏTİRİR.

(Xüsusi olaraq “Tayms” üçün).

Bәlkә dә, paunallı Con Smit ekstrasens-filan deyil, amma
Men ştatı, Kasl qraflığının şerifi Corc Bannermanı buna inandıra
bilmәzsiniz. Men ştatının kiçik Kasl-Rok şәhәrindә baş vermiş
altı zorlama vә qәtl hadisәsindәn sonra ümidini hәr şeydәn üzmüş
şerif Bannerman Smitә zәng vurub, yardım istәmişdi. Smitin adı,
dörd il sәrasәr yatdıqdan sonra dәrin komadan ayılmasıyla, bu
ilin әvvәllәrindә böyük ictimai rezonans doğurmuşdu. Hәftәlik
nәşr olunan “İnsayd vyu” onun şarlatan olduğunu yazmışdı,
amma şerif Bannerman dünәnki mәtbuat konfransında bu barәdә
qısa danışdı: “Bizim Men ştatında Nyu-York qәzetçilәrinә çox
da inanmırlar”.

Şerifin sözlәrinә görә, Smit Kasl-Rok şәhәr parkının altıncı
qәtlin baş verdiyi hissәsini dizlәri üstә dolaşıb. Connini yüngülcә
don vursa da, o, qatilin şәxsiyyәtini müәyyәnlәşdirib – bu, Şerifin
kömәkçisi, Kasl qraflığı polisindә beş il xidmәt keçmiş Franklin
Dodd imiş.

Bu ilin әvvәllәrindә Smitә әyan olubmuş ki, onu müalicә
edәn tibb bacısının evi yanır. Onun bu mәlumatı da tәsdiqlәnib.
Bu hadisә onun doğma ştatında müxtәlif söz-söhbәtә sәbәb olub.
Burada keçirilәn mәtbuat konfransında reportyorlardan biri tәlәb
edib ki, Smit...

208
   203   204   205   206   207   208   209   210   211   212   213