Page 209 - Stiven Kinq
P. 209
Ölü zona

“Nyusuik” 24 dekabr, 1975-ci il, 41-ci sәhifә:
YENİ QURKOS
Deyәsәn, insanların әlinә, üzüyünә vә ya çantasına toxunaraq,
onların şәxsi hәyatının tәfәrrüatları barәdә mәlumat әldә edәn
almaniyalı Piter Qurkosdan sonra ölkәmizdә yeni әsl ekstrasens
meydana çıxıb.
Utancaq vә tәvazökar gәnc Con Smit Men ştatının cәnubunda,
Paunalda yaşayır. Avtomobil qәzası nәticәsindә (şәklә bax) dörd
ildәn dә çox sürәn dәrin komadan sonra o, bu il özünә gәlmişdir.
Onu müalicә edәn hәkim-nevroloq Sem Veyzakın sözlәrinә görә,
Smitin sağalması möcüzә sayıla bilәr.
Barmaqlarını yüngülcә soyuqlatmış Smit, Kasl-Rokda baş
verәn silsilә qәtllәrlә bağlı mәsәlә gözlәnilmәdәn çözüldükdәn
sonra özündәn getmiş vә dörd saat huşsuz vәziyyәtdә olmuşdur.

27 dekabr, 1975-ci il.
Əziz Sara, bu gün atamla mәn sәnin mәktubunu alınca çox
sevindik. Mәnim işlәrim qaydasındadır, mәnә görә boş yerә
narahatçılıq keçirtmә, yaxşımı? Mәtbuatda әllәrimin “donvurmasını”
çox şişirdiblәr. Sol әlimin üç barmağının ucunda bir-iki lәkә
әmәlә gәlib, nә böyük iş olub? Onda mәn, doğrudan da, huşumu
itirdim, amma bu, Veyzakın sözlәriylә desәk, sadәcә, “emosional
yüklәnmә”nin nәticәsindә baş vermiş yüngül halsızlıq idi. Hә,
mәni Portlend xәstәxanasına Semin özü apardı. Bu adamın işini
görmәk üçün, doğrudan da, xәstәxanada yatmağa dәyәrdi. Onun
sәyiylә burada kabinet, EEQ vә operator ayırıblar. Sem deyir ki,
beyin yarımkürәciklәrinin qabığında әlavә heç bir zәdә vә
pislәşmә halları aşkarlanmayıb. O, yenә dә üzәrimdә inkvizisiya
(“Şeytanı ürәyindәn çıxart, kafir, yoxsa beyninә elektrod yeridәrik”.
Pis zarafat deyil, hә?) qoxusu verәn bәzi müayinәlәr aparmağa
çalışırdı. Sözün qısası, mәnә bir qәdәr dә işgәncә vermәk barәdә
onun alicәnab tәklifini rәdd etdim. Atam hirsindәn partlayırdı,
mәnim imtina etmәyim ona anamın hipertoniya dәrmanlarını
qәbul etmәkdәn imtina etmәsini xatırladırmış. Onu necә inandırasan
ki, Veyzak beynimdә, doğrudan da, nәsә tapmış olsa belә, heç nә
edә bilmәz.

209
   204   205   206   207   208   209   210   211   212   213   214