Page 214 - Stiven Kinq
P. 214
ven Kinq

olunmuşdu: tәәccüb, dilxorluq vә bir qәdәr pәrtlik. Çak köks
ötürüb, yenidәn gözlәrini Maks Brendin әsәrinә zillәdi.

– “...hamı razılaşardı”. Amma mәn çox pә... pәr...
– Pәrt edilmişdim, – Conni kömәyә gәldi.
– “Amma mәn onun, cәmisi bir qәhrәmanlıq göstәrmәklә
öz gün... günahlarını yuya bilәcәyi bir anda hәlak olmasına
üzülmüşdüm. Əlbәttә, bu, o saat ovq... ov... qa...”
Çak kitabı örtdü vә valehedici bir tәrzdә gülümsündü.
– Bәlkә, bugünlük bәsdir, hә? – Bu şahanә gülümsәmә,
yәqin ki, Nyu-Hempşirin bütün qadın azarkeşlәrini onun ayağına
gәtirmәyә qadirdi. – Çimmәk istәyirsiniz? İstәyirsiniz, gözlәrinizdәn
bәllidir. Görün, necә dә arıqsınız, bir dәri, bir sümüksünüz,
amma tәriniz sel kimi axır.
Conni razılaşmalı oldu, hәr halda, özünü inandırmağa çalışdı
ki, o, doğrudan da, çimmәk istәyir. 1976-cı yubiley ili son dәrәcә
isti vә bürkülü bir il idi. Böyük ağ malikanәnin arxa tәrәfindәn
vyetnamlı bağban Nqo Fatın işlәtdiyi otkәsәn maşının mәlahәtli
qıjıltısı eşidilirdi. O, Çakın “açıq sәma altında pәrqu döşәk”
adlandırdığı çәmәnliyi hamarlamaqla mәşğul idi. Bu sәs adamda
iki stәkan soyuq limonad içib mürgülәmәk hәvәsi oyadırdı.
– Xahiş edirәm, mәnim arıqlığıma lağ etmәyәsәn, – Conni
dedi, – hәm dә biz axı fәsli yenicә oxumağa başlamışıq.
– Hә, amma bundan öncә iki fәsil dә oxumuşuq.
“Qılığıma girir”, – Conni köks ötürdü. Bir başqa vaxt olsay-
dı, o, Çakın öhdәsindәn asanlıqla gәlәrdi. Amma bu gün yox. Bu
gün oğlan Emiti türmәsinin yolunu qәhrәmancasına qәt etmişdi –
Con Şerburnun yolboyu qoyduğu tәlәlәrin arasından mәharәtlә
keçәn qana susamış Qırmızı Qırğı, Denni Cuniperi öldürmәk
üçün, hәmin bu yolla keçmişdi.
– Yaxşı, heç olmasa, sәhifәni axıracan oxu, – Conni dedi, –
sәn “ovqat” sözündә ilişmişdin. Ürәkli ol, Çak, kitab adamı
dişlәmir.
– Siz yaxşı adamsınız! – Onun gülüşü daha da cazibәli oldu. –
Amma sual vermәyәcәksiniz, danışdıq?
– Baxarıq... bәlkә, bir-iki sual vermәli oldum.
Çak qaşqabağını tökdü, amma bunu sadәcә üzdә elәyirdi,
çünki Conninin bir qәdәr yumşaldığını hiss edirdi. O, üz qabığında

214
   209   210   211   212   213   214   215   216   217   218   219