Page 215 - Stiven Kinq
P. 215
Ölü zona

çiyni ilә salonun qapısını itәlәyәn supermen tәsvir olunmuş kitabı
yenidәn açdı, tamamilә dәyişilmiş sәslә, höccәlәyәrәk oxumağa
başladı:

“Əlbәttә, bu, o saat mәnim ovq... ovqatımı tәlx etdi. Ancaq
yazıq Tom Keyn Kenonun yat... yatağının başında mәni daha
böyük sınaq gözlәyirdi. Onu güllәylә vurmuşdular vә o, gözümün
önündәcә can atırdı, mәn...”

– Can verirdi, – Conni sakitcә dedi, – kontekst, Çak.
Kontekstә fikir ver.

“Gözümün önündәcә can verirdi, – Çak “hm” elәyib arxasını
oxumağa başladı, – “...vә o, gözümün önündәcә can verirdi. Mәn
gәlәndә...”.

Conninin, “İldırım kimi sürәtli” romanının ucuz nәşrinin
üzәrinә әyilmiş Çaka yazığı gәlirdi. Bu, birnәfәsә oxunan әsәr
idi, amma Çak Maks Brendin bu iddiasız, birmәnalı romanını
güc-bәlayla, az qala höccәlәyәrәk oxuyurdu. Nyu-Hempşirin
bütün әyirmә-toxuculuq işlәrinә Çakın atası Rocer Çatsvort
nәzarәt edirdi. Bu isә çox gәlirli işdi. Amerika vәtәndaşlığını
almaq üçün hәftәdә bir dәfә Portsmutda mәşğәlәlәrә gedәn Nqo
Fat da daxil olmaqla, beş xidmәtçisi olan Daremdәki altıotaqlı ev
dә ona mәxsus idi. Çatsvort 1957-ci il modeli olan, yenilәşdirilmiş,
üstüaçıq “Kadillak” sürürdü. Onun arvadı, qırx iki yaşlı mәlahәtli
qadının “Mersedes”i vardı. Çak isә “Korvet”dә gәzirdi. Onların
ailәsinin sәrvәti tәxminәn beş milyon dollarla ölçülürdü.

Conni tez-tez düşünürdü ki, yәqin, Tanrı gilә nәfәs verәrkәn,
gözlәri önünә on yeddi yaşlı Çakı gәtiribmiş. Çakın gözәl bәdәn
quruluşu vardı. Onun boyu altı fut iki düym, çәkisi yüz doxsan
funt idi, bәdәni sanki yalnız әzәlәlәrdәn ibarәt idi. Onun hamar,
tәmiz sifәti xüsusi gözәlliyiylә seçilmәsә dә, füsunkar yaşıl
gözlәri vardı; Conni bu cür yaşıl gözlәri olan yalnız bir adam
tanıyırdı – Sara Hezliti.

Mәktәbdә Çaka az qala pәrәstiş edirdilәr. O, beysbol vә
futbol komandalarının kapitanı, sinif nümayәndәsi idi, gәlәn ilin
payızında isә şagird şurasının sәdri olacaqdı. Burada tәәccüblü
olan o idi ki, bütün bunlar Çakı qudurtmamışdı. Bir dәfә oğluna
baş çәkmәyә gәlmiş Herbert Smitin sözlәrinә görә, Çak “yaxşı

215
   210   211   212   213   214   215   216   217   218   219   220