Page 220 - Stiven Kinq
P. 220
ven Kinq

– Yox, – o dedi, – sadәcә maşın qәzasına düşmüşdüm.
Çatsvort baxışlarını Conninin ölgünlәşmiş vәtәrlәri qismәn
dәyişdirildikdәn sonra boynunda qalmış izlәrә zillәdi.
– Maşın qәzası?
– Hә.
– Ciddi qәzaydı?
– Hә.
– Amma indi görünüşünüz pis deyil, – Çatsvort qeyd etdi.
O, Conninin mәktubunu stolun siyirtmәsinә qoydu vә qәribәdir
ki, bununla da sorğu-suala son qoyuldu. Belәcә, beş ildәn sonra
Conni yenidәn müәllim oldu, nә olsun ki, sinfindә yalnız bir
şagird vardı.
– “O, taqәtdәn düşmüş qollarını mәnә, do... dolayısıyla
onun anasının ö... ölümündә günahı olan adama sarı uzatdı vә
rәh... rәhmli, hә... hәr şeyi bağışlayan bir tәrzdә gü... gülümsәdi.
Bu, ağır dәqiqәlәr idi, mәn çıxıb gedәrkәn içimdә elә bir hiss
vardı ki, öz... günahı...mı heç vaxt yu...yuya bilmәyәcәyәm”.
Çak şappıltıyla kitabı örtdü.
– Bәsdir. Suya sonuncu atılan sonuncu axmaqdır.
– Bir dәqiqә, Çak.
– Oooof... – Çak ağır-ağır yerinә oturdu, sifәtindә açıq-
aşkar “yenә bu suallar?” yazılmışdı. Onun üzündәki әzabkeş
ifadәsi hәrdәn gülüşlә әvәzlәnirdi, amma bu gülüşün arxasında
başqa Çak dayanmışdı: özünә qapılmış, әsәbi, çaşqın. Əmәlli-
başlı karıxmış. Axı onu hamının kitab oxuduğu bir dünya әhatә
edirdi: Amerikada savadsız adam, sәhvәn gәlib bizim әsrә düşmüş
dinozavra bәnzәyir. Çak bunu dәrk etmәmәk dәrәcәsindә ağılsız
deyildi. Buna görә dә yeni dәrs ilinin başlayacağı payızı vә
qeyri-müәyyәnliyi dәhşәtlә gözlәyirdi.
– Cәmisi bir neçә sual.
– Nәyә lazımdır? Axı bilirsiniz ki, cavab verә bilmәyәcәyәm.
– Cavab verәcәksәn. Bu dәfә bütün suallara cavab verәcәk-
sәn.
– Mәn nә oxuduğumu başa düşmürәm, siz bunu çoxdan
bilmәliydiniz, – Çakın görkәmindәn pәrtlik vә mәyusluq yağırdı, –
ümumiyyәtlә, sizin nә üçün burada qaldığınızı anlaya bilmirәm,
bir qarın çörәyә möhtacsınız bәyәm?

220
   215   216   217   218   219   220   221   222   223   224   225