Page 225 - Stiven Kinq
P. 225
Ölü zona

meydana çıxır. Tutulmuş kanalların, düzgün işlәmәyәn relenin
sayәsindә. Bir dә ölü... – o, qәfildәn susdu.

– Nә?
– Bir dә ölü zonaya görә, – Conni dedi, – bu, vacib deyil.
Necә adlandırılmasının mәnası yoxdur. Əsas nәticәdir. Əslindә,
burada elә bir biclik dә yoxdur – yalnız fikirlәri dolayı yola
yönәltmәk lazımdır. Bu, beyinin fәal hissәsini, hansısa kiçik bir
hissәnin görә bilmәdiyi işi yerinә yetirmәyә öyrәtmәk demәkdir.
Belә deyәk, sәn hәr dәfә ilişәndә, ucadan mühakimә yürütmәlisәn.
Bununla da fikir impulsu beynin başqa bir nöqtәsinә yönәlmiş
olacaq. Bu, fikir vektorunu dәyişdirmәk bacarığıdır.
– Mәn bunu bacararam? Siz necә fikirlәşirsiniz?
– Buna әminәm, – Conni dedi.
– Yaxşı, demәli, öyrәnәcәyәm. – Çak hovuza baş vurdu vә
sәrt dönüş edәrәk suyun üzünә çıxdı. O, başını silkәlәdi vә uzun
saçlarından әtrafa sıçrayan su damcıları yelpikvari qövs әmәlә
gәtirdi. – Atılın! Su әladır!
– Bu dәqiqә, – Conni dedi. Amma o, bu dәqiqә sadәcә
kafel bortun üzәrindә dayanıb, Çakın qüvvәtli hәrәkәtlәrlә hovuzun
o biri tәrәfinә doğru üzmәsinә baxaraq, öz qәlәbәsindәn zövq
almaq istәyirdi. O, Eylin Meqounun mәtbәxindә pәrdәlәrin
alışmasını öncәdәn hiss edәrkәn dә, Frenk Doddun adı ona ayan
olarkәn dә bu cür sevincli hisslәr keçirmәmişdi. Tanrı ona, dәxli
olmayan mәsәlәlәrin tәfәrrüatını araşdırmaq deyil, insanları
öyrәtmәk istedadı vermişdi. Onun vәzifәsi bundan ibarәt idi – o,
bunu 1970-ci ildә, hәlә Klivs-Milsdә müәllim işlәyәrkәn başa
düşmüşdü. Ən vacibi isә bunu uşaqlar da başa düşürdülәr vә bu
gün Çakın etdiyi kimi, onun qarşısında açılırdılar.
– Siz belәcә dirәk kimi duracaqsınız? – Çakın sәsi eşidildi.
Conni hovuza atıldı.
Uorren Riçardson idarәdәn, hәmişә olduğu kimi, saat beşә
on beş dәqiqә qalmış çıxdı. Maşın dayanacağına gedib, öz gonbul
bәdәnini “Şevrole”yә dürtdü vә mühәrriki işә saldı. Hәr şey
hәmişәki kimiydi. Qeyri-adi olan bircә şey vardı ki, bu da
qәfildәn maşının arxa şüşәsindә zühur edәn sifәt idi. Onun
qırxılmamış qarayanız üzü, uzun saçları, Sara Hezlitin vә Çak

225
   220   221   222   223   224   225   226   227   228   229   230